Yuxarı

Rus yazar qəhrəmanının adını pula satdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rus yazarı Boris Akunin yardım kampaniyası çərçivəsində "Paylaşmağa hazırıq" şüarı ilə təşkil edilən auksionda Fandorin romanları şəklində yazacağı yeni romanında bir adamın adını qəhrəmanına vermə imkanını 9700 dollara satıb.

Axar.az Lenta.ru saytına istinadən xəbər verir ki, Akunin alğı-satqını ötən gün həyata keçirdiyini deyib: "Dünən bir adam mənim lotoma 9700 dollar verib satın alıb, bu çox gözəl şeydir. Amma ad hələ ki, mənə də açıqlanmayıb və buna görə əsəbiləşirəm. Qəhrəmanıma İzumrud Yahontov (Zümrüd Yaxudov) adını verməyim başqa, Matilda Hrüşkina adını verməyim başqa bir şeydir".

Hrüşkina soyadına qarşı olmadığını bildirən yazar bu adı istifadə etdiyi halda hekayənin çox fərqli yöndə inkişaf edəcəyini və təşkilatçılardan tələsməli olmalarını istəyib.

Qeyd edək ki, B.Akunin Azərbaycan oxucusuna da yaxşı tanışdır. Dedektiv Erast Petroviç Fandorinin yaşadıqlarından bəhs edən silsilə romanlar yazara məşhurluq gətirib.

Tarix
2014.12.17 / 01:59
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla