Yuxarı

ADU qapılarını abituriyentlərin üzünə açdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

29-30 iyul tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günləri keçirilib.

Kult.az xəbər verir ki, öncə universitetin tanıtım çarxı nümayiş olunub. Elm və innovasiya məsələləri üzrə prorektor Sevinc Zeynalova ADU-nun nüfuzundan söz açıb və bildirib ki, hər bir abituriyent qarşısına qoyduğu məqsəd və vəzifəyə çatmaq üçün ixtisas seçimində diqqətli olmalıdır.

“Azərbaycan Dillər Universiteti abituriyentlərə geniş imkanlar açır. Hər kəs əyani şəkildə universitetin maddi-texniki bazası ilə tanış ola bilər”, - Zeynalova deyib.

Təşkilati məsələlər üzrə rektorun müşaviri Seyfəl Həsənov burada olan abituriyentlərin artıq ixtisas seçimini etdiyindən yəqinliyini vurğulayıb:

“Əgər abituriyent burda – universitetdədirsə, demək, artıq fikrini qətiləşdirib. Sadəcə olaraq, əyani surətdə fikrinin doğruluğuna bir daha əmin olmaq istəyir”.

Müəllim Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov abituriyentlərə uğurlar arzulayıb, ADU-nu seçməkdə böyük uğura sahib olacaqlarını söyləyib. Onların gələcəkdə iş imkanlarının, karyera yüksəlişinin məhz ADU-dan keçməsinin zəruriliyini vurğulayıb.

Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov hər bir abituriyentin ADU-nun tələbəsi olması arzusunda olduğunu bildirib. O, universitetdə fəaliyyət göstərən fakültələr və mərkəzlər haqqında ətraflı məlumat verib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan S.Hüseynov həyata keçirilən mübadilə proqramlarından danışıb. Dillər Universitetinin tələbələrə verəcəyi üstünlüklərdən danışan şöbə müdiri ölkəmizdə keçirilən bir çox beynəlxalq yarışlara, müsabiqələrə və tədbirlərə ilk növbədə dil biliyi olan gənclərin cəlb olunduğunu bildirib:

“Bu məsələdə Dillər Universiteti bir nömrəli müraciət olunan yerdir. Son 5 ildə keçirilən beynəlxalq tədbirlərdə və humanitar forumlarda 10 minə yaxın tələbəmiz könüllü olaraq iştirak edib. Onlar tərcüməçi kimi fəaliyyət göstərməklə yanaşı bələdçi funksiyasını da yerinə yetiriblər”.

Sərraf Hüseynov universitetdə həyata keçirilən “Bir günlük xəlifə”, “Səfir saatı” layihələri haqqında məlumat verib, ADU tələbələrinin məcburi köçkün məktəblərində də təcrübə keçdiklərini diqqətə çatdırıb. O, bu yay Azərbaycanın bir çox bölgələrinə 50-yə yaxın tələbənin yay məktəbinə göndərildiyini bildirib.
Sonda universitetlə daha yaxından tanış olmaq üçün infotur təşkil olunub.

Tarix
2019.07.30 / 22:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla