Yuxarı

Nazir Bəhreyn Krallığının nümayəndələri ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Kult.az xəbər verir ki, qonaqları salamlayan Əbülfəs Qarayev Parisdə keçirilən UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirakı zamanı Bəhreynin Mədəniyyət naziri ilə görüşünü xatırladıb, UNESKO ilə əməkdaşlıq çərçivəsində Bəhreynin Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Nazir Dünya İrsi Siyahısına daxil olan Muharraq şəhərinin bərpası layihəsinin memarlıq sahəsində ən əhəmiyyətli mükafatlardan biri olan Ağa Xan Mükafatına layiq görülməsi münasibətilə Bəhreyn Krallığına təbriklərini ifadə edib.

İki ölkənin Mədəniyyət nazirliklərinin əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini vurğulayan Əbülfəs Qarayev Bəhreynin aparıcı media qurumlarının əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin bu səfərinin qarşılıqlı mədəni-turizm əlaqələrinin inkişafına, o cümlədən Azərbaycan mədəniyyətinin Bəhreyndə təbliğinə və tanıdılmasına mühüm töhfə verəcəyini bildirib.

“Bahrain Holidays” şirkətinin idarə heyətinin sədri Mahmood Alkadhem Azərbaycan xalqının və mədəniyyətinin Bəhreyn vətəndaşlarının diqqətini cəlb etdiyini, mədəniyyətlərimiz arasında oxşarlıqların olduğunu bildirib. O, şirkətin fəaliyyəti barədə məlumat verərək sağlamlıq turizmi, təhsil turizmi sahələrində görülən işləri, habelə 70-dən çox xarici ölkəyə səfərlərin təşkil edildiyini, il ərzində hava limanı səfərlərinin 9 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, “Bahrain Holidays” şirkəti tərəfindən həyata keçirilən təhsil proqramları çərçivəsində tələbələrin müxtəlif xarici ölkələrə səfərlərinin təşkil edildiyi də vurğulanıb.

Əbülfəs Qarayev Körfəz ölkələrində ölkəmizin tanıdılması ilə bağlı görülən işlərdən, Azərbaycanın qoşulduğu mədəni marşrutlardan bəhs edib. Nazir həmçinin, Bəhreyn xalqının adət və ənənələri, bu ölkənin mədəni irsi və ümumilikdə mədəniyyətinin Azərbaycanda tanıdılması və təbliğinə hazır olduğumuzu diqqətə çatdırıb. Eyni zamanda, görüş zamanı Bəhreynin təcrübəsinin ölkəmizdə tətbiq edilməsi, Azərbaycan və Bəhreyn arasında memarlıq abidələrinin mühafizəsi və bərpası, təhsil turizmi ilə məşğul olan şirkətlərlə birgə əməkdaşlıq edilməsi, bu sahələrdə xüsusi treninqlərin keçirilməsi, habelə şirkət tərəfindən reallaşdırılan tələbə proqramları çərçivəsində ölkəmizdə fəaliyyət göstərən musiqi məktəblərində kursların təşkilində maraqlı olduğumuz qeyd edilib.

Parisə səfəri çərçivəsində İSESKO-nun yeni baş direktoru ilə görüşünü də xatırladan nazir bütövlükdə İslam ölkələrində mədəni irsin qorunması və bərpası məsələləri ilə bağlı geniş müzakirələrin aparıldığını söyləyib, son zamanlarda bu istiqamətdə əhəmiyyətli işlərin görülməsinə başlanıldığını deyib.

Sonda nazir “AlBilad” və “AlVatan” qəzetlərinin, “Golf Dairy News” və digər informasiya agentliklərinin nümayəndələrinin suallarını cavablandırıb.

Əbülfəs Qarayev qonaqları Bakının görməli yerləri, tarixi-mədəni irsi ilə tanış olmağa dəvət edərək bu səfərin onlarda ölkəmizlə bağlı xoş və zəngin təəssürat yaradacağına ümidvar olduğunu deyib.

Tarix
2019.12.04 / 20:37
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla