Yuxarı

Londonda muzey binası 450 milyona satılır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londonda muzey binası 450 milyona satılır

Böyük Britaniyanın paytaxtı London şəhərindəki əfsanəvi Madam Tüsso muzeyinin əzəmətli binası daşınmaz əmlakın sahibi, iş adamı Nik Leslo tərəfindən 300 milyon funt sterlinqə (450 milyon dollar) satışa çıxarılıb.

AzərTAc Financial Times qəzetinə istinadla xəbər verir ki, meqapolisin turistlər tərəfindən ən çox ziyarət olunan binası Merlin Entertainments kompaniyası tərəfindən 27 illiyə icarəyə götürülmüşdü. İcarəçilər bina sahibinə ildə təxminən 15,5 milyon funt sterlinq (22,5 milyon dollar) ödəyirdilər. Səhmləri 4 milyard funt sterlinq (6 milyard dollar) həcmində qiymətləndirilən Merlin Entertainments kompaniyası bütün dünya üzrə 20 Madam Tüsso muzeyinin sahibidir.

Ekspertlər bildirirlər ki, Londondakı madam Tüsso muzeyinin populyarlığı artmaqda davam edir. May ayının ortalarında ekspozisiya "Ulduz müharibələri" ("Star Wars") filminin qəhrəmanları ilə zənginləşdiriləcək. Turistlər üçün attraksionda 11 müxtəlif səhnə açılacaq. Ziyarətçilər "Minillik şahin" (Millennium Falcon) kosmik gəmisində olacaq, əllərində şüa qılıncı tuta biləcəklər. Ümumilikdə isə bu sərgidə 2,5 milyon funt sterlinq (3,76 milyon dollar) dəyərində 16 fiqur nümayiş olunacaq.

Merlin Entertainments kompaniyasının direktoru Devid Şarpın dediyinə görə, yeni sərgi Londonun turizm iqtisadiyyatına güclü impuls verəcək.

Tarix
2015.02.06 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla