Yuxarı

Oda Teatrı fəaliyyətini bərpa etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oda Teatrı fəaliyyətini bərpa etdi

Oda Teatrı ətrafında baş verən problemlər aradan qalxdığı üçün teatr yeni tamaşa ilə tamaşaçıların görüşünə gələcək.

Bu barədə "Axar.az"a teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, ikinci qayıdışda teatr "Arzular bağı" adlı yeni tamaşanı nümayiş etdirəcək: "Azərbaycanda ilk dəfə səhnələşdirilən eyniadlı tamaşanın müəllifi Pərviz Bəşərdüstdür. Tamaşa professional rejissor və aktyorlar tərəfindən hazırlanıb".

Belə ki, tamaşanın rejissoru İmam Gassan, bəstəkarı Ayaz Qəmbərlidir. Tamaşadakı rolları əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov ifa edəcək.

Tamaşa 21 və 22 dekabr saat 19:00-da nümayiş olunacaq. Biletin qiyməti 5 manatdır. Tamaşanın informasiya dəstəkçisi Elitar.Az saytıdır. Biletləri əldə etmək və ünvanı tapmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

Tel: 050 394 48 64 və 070 219 83 33

Ünvan: Tarqovı, İSR Plazanın arxası – Topçubaşov küçəsi 38-də yerləşən ZİRZƏMİ məkanı.

Tarix
2013.12.18 / 13:36
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla