Yuxarı

“Mən niyə şeytan ola bilmirəm?” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mən niyə şeytan ola bilmirəm?” - Foto

Dünyanın ən məşhur rəssamları haqda müxtəlif rəvayətlər, miflər mövcuddur. Elə dahi rəssamlar var ki, onların ruhi xəstə olduqları ilə bağlı sənədlər var. Yox, Dalidən danışmayacağıq. Söhbət Munk, Parmiganino, Uçello, Vrubel və Van Qoqdan gedir.

Parmiganino

Dahi rəssam Parmiganino əvvəlcə özünü dövrünün "Rafaeli" elan edir. Amma təəssüf ki, sonralar Santinin tələbələri onu Romada sıxışdırır və rəssama mane olmağa başlayırlar. Bundan sonra Parmiganino özünü evə həbs edir və kimya ilə məşğul olmağa başlayır. O, həyatının son illərini kimyəvi daş icad edərək varlanmaq arzusu ilə keçirir. "Titanik" filmindəki Di Kaprionu xatırlayırsınız? Parmiganino xarici görünüşcə Di Kaprionu xatırladan, olduqca yaraşıqlı bir oğlan idi.

İncəsənətdə manyerizmin etalonu hesab olunan rəssam bütün dünyada "Uzun boyunlu Madonna" əsəri ilə məşhurdur.

Paolo Uçello

Paolo heç vaxt dövrünün tələblərinə, ətrafındakıların fikrinə önəm verməyib. Corco Vazari yazır: "Paolo bir gün, sadəcə, oyandı və ətrafda baş verənlərin onu maraqlandırdığı, insanları xoşladığı yalanını davam elətdirməmək qərarına gəldi. Bundan sonra istədiyi kimi yaşadı – tənha, evinə qapanmış, fikirləri ilə baş-başa, yaradıcı fəaliyyətlə məşğul..."

Mixail Vrubel

Vrubeli həyatı boyu yalnız bir şey narahat edib: Niyə ali şeytana çevrilə bilmir? Vrubelin mənəvi iztirabları onu o qədər narahat edirdi ki, rəssam özü ruhi xəstəxanaya yazılmaq üçün müraciət etmişdi.

Van Qoq

Van Qoq haqqında ən çox danışılan, miflər uydurulan rəssamlardan biri, bəlkə də, birincisidir. Hazırda mövcud olan məlumatlara görə, o, yaradıcılığının ilk illərində normal həyat tərzi sürürdü və psixoloji problemləri onu narahat etmirdi. Həyatının son illərinə yaxın isə rəssam sağlamlığı və psixoloji vəziyyətilə bağlı ciddi problemlər yaşayıb.

Edvard Munk

Munkun yaşadığı problemlərdən biri və birincisi onun qadınlarla bağlı olan problem idi. Munk qadınlara yaxınlaşa bilmir, yaxınlaşdıqda isə təşvişə düşür, təlaşlanırdı. Munkun qadınlarla dil tapa bilməməsi onun həyatında və psixoloji vəziyyətində böyük rol oynayıb.

Tarix
2015.04.03 / 09:10
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla