Yuxarı

London və Praqadan sonra Bakı haqda - Sənədli film

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
London və Praqadan sonra Bakı haqda - Sənədli film

Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə "Dünya paytaxtları" silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb.

Axar.az xəbər verir ki, müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa, Viktoriya (Seyşel adaları) kimi paytaxt şəhərlərinə dair filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı kino lenti də bu günlərdə Macarıstan televiziya kanalları ilə nümayiş etdirilib.

26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncin ölkəmizin paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və ətrafını gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, son illərin iqtisadi yüksəlişi sayəsində tamamilə yenidən qurulması, şəhərdə görülən böyük quruculuq işləri barədə məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir. Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşır, milli mətbəximizin nemətlərini dadır, rastlaşdıqları insanlarla təmas qururlar. Tar musiqisi ilə müşayiət olunan film boyu iki macar gənc Bakı və Azərbaycan haqqında biliklərini, təəssüratlarını biri-biri ilə bölüşür, dost və həmvətənlərini turist kimi ölkəmizə gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyirlər.

Tarix
2015.04.07 / 19:21
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla