Yuxarı

Tanınmış rəssamın fərdi sərgisi açılır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 19:30-da Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Ənvər Əsgərovun "Urbi et Orbi" adlı fərdi sərgisi açılacaq.

Axar.az xəbər verir ki, sərgi mayın 10-dək davam edəcək.

Muzeydən bildirilib ki, rəssamın yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olub, neft Bakısından bəhs edən əsərləri böyük maraqla qarşılanıb. Rəssamın "Abşeronun orqanı" əsəri 1973-cü ildə "Smena" jurnalının aprel nömrəsinin üz qabığını bəzəyib.

Postsovet dövründə rəssamın sənət dünyasında əzəmətli sənaye kompozisiyalarını həndəsi natürmortlar əvəz edib. O, tamaşaçını qəfil çevrilmələr və gözlənilməz gedişlərlə təəccübləndirərək özünü op-art (optik incəsənət) janrında da uğurla sınayıb. Abşeron qəsəbələrinin təbiəti, dəniz, Bakının Bilgəh, Nardaran, Buzovna qəsəbələrinin sadə, lakin çox doğma memarlığı ətraflı və zərifliklə onun əsərlərində əksini tapıb. Rəssam 2012-ci ildə Londonda keçirilən "Fly to Baku" sərgisinin iştirakçısı olub.

Tarix
2015.05.02 / 01:49
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla