Yuxarı

Səməd Səmədovun ölümü: Elə qəfil baş verdi ki...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd bəy bir neçə saat əvvəl "Yeni Klinika"da dünyasını dəyişib. Bir həftə idi ki, xəstələnmişdi. Dünən halı yaxşı idi, sonuncu dəfə saat 3-4 radələrində danışdıq. Sonradan halı pisləşib və ailəsi xəstəxanaya yerləşdirməyə qərar verdi. Dedilər ki, böyrək çatışmazlığı var, ciyəri sıradan çıxıb. Həkim Emil Qasımov xəbər verdi ki, onu artıq itirmişik.

Kult.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında müğənni Tural Qismət danışıb.

Yaxın dostunun qəfil ölümündən sarsıldığını deyən Tural Qismət bildirib ki, xalq artistinin əvvəllər səhhəti ilə bağlı heç bir problemi olmayıb:

"COVID-19-a yoluxması nəticəsində vəziyyəti ağırlaşıb. Ölümü elə qəfil baş verdi ki, ailəsinə heç bir vəsiyyət etməyə imkanı olmadı. Heç kim gözləmirdi ki, dünyasını dəyişə bilər. Bu, çox böyük itkidir. Səməd bəy mənə həmişə böyük qardaşlıq edib, sənətə gətirib, efirə çıxardıb. Bütün bunlara görə ona borcluyam. Vida və dəfn mərasimi haqqında heç nə deyə bilməyəcəm. Oğlu Anar axşam Moskvadan gəlməlidir".

Tarix
2021.07.25 / 01:01
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla