Yuxarı

“Qızıl teşt”in müəllifi "Qaçhaqaç"dadır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qızıl teşt”in müəllifi "Qaçhaqaç"dadır

Bir zamanlar ədəbi aləmdə "Qızıl teşt" əsərilə səs salmış yazıçı Seyran Səxavətlə qısaca söhbətləşdik. Onun nə üzərində işlədiyi, nələr yazmağı planlaşdırdığını öyrənmək istədik... Bəlli oldu ki, ötən il "Azərbaycan" jurnalında dərc olunan "Qaçhaqaç" romanını kitab halında dərc etdirmək istəyir.

- Oxuculara məlum olan "Qaçhaqaç" romanımın 2-ci hissəsi "Azərbaycan" jurnalının ilk nömrəsində dərc olunub və fikirləşirəm ki, onu da artıq romanın birinci hissəsi kimi kitab halında dərc etdirməliyəm. Bu roman birinci hissədə olduğu kimi, mənim öz həyat yolumdan, tərcümeyi-halımdan bəhs edən bir əsərdir və ikinci hissədə də bu davam edir. Ümümiyyətlə, öz portretimi yaratmaq istəmişəm və belə bir addım atmaqla fikirləşmişəm ki, hamıdan yaxşı Seyranı özüm tanıyaram. Ona görə də ömrüm, günüm haqqında yazmaq qərarına gəldim.

Birinci kitab hardasa 450 səhifəyə yaxın idi, yaxında ikinci hissə də oxucuların ixtiyarına veriləcək. Bu bir yazıcının, bir azərbaycanlının, gəncin, körpənin körpəlikdən üzü bəri tərcümeyi-halıdır.

- Xatirə kitabınız başqalarının memuarlarından nə ilə fərqlənir?

- Bu adi memuar deyil, bədii tərcümeyi-haldır. Süzgəcdən keçmiş, yaddaqalan hadisələrin toplusudur. Mən heç nəyi zorla yadımda saxlamıram. Hadisə özü yadda qalmalıdır.

- Yeni əsər üzərində işləyirsinizmi?

- İndi əsər üzərində işləmirəm. Bir-iki aya yəqin ki, yaradıcılıq fəaliyyətimə başlayacam. Yazmağa başlayacağım əsərlərim barədə danışmağı sevmirəm və belə düşünürəm ki, bu mənə düşmür. Ümumiyyətlə, yazacağım əsər haqqında danışanda, bu mənim öz şəxsi fikrimdi, adam bir az boşalır. Hətta yazacağım çox vacib bir əsər haqqında çox danışmışam, sonra yarımçıq qalıb.

Tarix
2014.01.08 / 22:28
Müəllif
Gülnar Həsənli
Digər xəbərlər

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla