Yuxarı

Spilberqə “Yeddi dəniz” dar gəldi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Spilberqə “Yeddi dəniz” dar gəldi – Foto

Dünya şöhrətli rejissor Stiven Spilberq 120 milyon sterlinq (195 mln AZN) dəyərində, 80 metr uzunluğunda olan "Yeddi dəniz" (Seven Seas) adlı super lüks yaxtasını "çox balaca" hesab elədiyi üçün satışa çıxarıb.

Axar.az xəbər verir ki, amerikalı rejissorun 91 metr uzunluğunda yeni yaxta sifariş verdiyi və bu yeni yaxtanın təxminən, 160 milyon sterlinqə (260 mln min AZN) başa gələcəyi açıqlanıb.

Qeyd edək ki, rejissorun Hollandiyanın "Oceanco" şirkətinin istehsalı olan "Yeddi dəniz" (Seven Seas) adlı yaxtası nəhəng hovuz, kino zalı, 12 qonağın qarşılana biləcəyi yeddi lüks mənzil, bir vertolyot sahəsi, idman zalı və spa salonundan ibarətdir.

Hazırda həmin yaxtanı həftədə 1.2 milyon dollara kirayəyə götürən Spilberq 2013-cü ildə arvadı və yeddi uşağı ilə birlikdə bu yaxta ilə uzun dünya turuna çıxaraq Şanxaydan Havay adalarına qədər məşhur filmlərini çəkdiyi məkanları ziyarət edib. Spilberqin bu səyahətdən böyük zövq aldığı və buna görə dostları və ailəsi ilə birgə rahat səyahətlərə çıxa bilmək üçün yeni yaxta hazırlatmaq qərarı verdiyi iddia edilir.

Tarix
2015.08.11 / 02:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə... – Rəsmi Bakı

Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla