Yuxarı

İŞİD Türkiyəyə müraciət etdi: “Qalx ayağa” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Türkiyəyə müraciət etdi: “Qalx ayağa” - Video

İŞİD Türkiyə vətəndaşlarını cihada və İstanbulu fəth etməyə çağırıb.

Axar.az xəbər verir ki, bir neçə gün öncə Ankaranı təhdid edən terrorçular bu dəfə videomüraciət yayıb. Videoda danışan İŞİD əmiri isə ötən il Türkiyədə İŞİD-ə qatılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhdid edən İŞİD əmiri bunları deyib:

"Tağut (kafir) Ərdoğan Allahın şəriəti ilə hökm etmədi. Amerikanı, yəhudiləri, xaçpərəstləri, ateist PKK-çıları, Atatürkün dünyəvi dostları olan Azad Suriya Ordusunu və Səudiyyənin mürtəd (dinsiz - red) agentlərini dost elan etdi. Xain, kafir Ərdoğan Türkiyəni irqçi PKK-çılara və xaçpərəstlərə satdı. Türkiyə torpaqlarını PKK və PKK-nın dostları olan Azad Suriya Ordusuna açaraq Dəməşq torpaqlarında müsəlmanların öldürülməsinə səbəb oldu. Dəməşqdəki müsəlmanları öldürmək və ateist PKK-çıları qorumaq üçün Türkiyənin hərbi hava bazalarını xaçpərəstlərə və təyyarələrinə açdı. Sizi (Türkiyə xalqını – red) xaçpərəst Amerikaya kölə edib bütün dəyərlərinizi satdı. Yaxında Türkiyənin şərqinin ateist PKK-çıların, qərbinin xaçpərəstlərin əlinə keçdiyini, o torpaqlarda fəsad yaydıqlarını, uşaqları öldürdüklərini, qadınların namuslarını ələ keçirdiklərini, mallarına qəsb etdiklərini və sizi özlərinə qul etdiklərini görəcəksiniz".

Bəşəri dəyərlərdən imtina etməyə çağıran İŞİD əmiri Türkiyə vətəndaşlarını qiyam qaldırmağa, xilafətə yardım etməyə çağırıb:

"Ey Türkiyədəki qardaşlarımız! İmkanlarınız daxilində xilafət dövlətinə kömək edin. Buraya hicrət edib qanları və canları ilə xəlifəmizə və xilafət dövlətinə kömək edən qardaşlarınız kimi sizi də bu dövlətə kömək etməyə çağırırıq. Xilafətə kömək etməyə tələsin".

Tarix
2015.08.18 / 10:35
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla