Yuxarı

Sevilən Super Marionun böyük peşmançılığı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən aktyorlar onları məşhurluq pilləsinə çatdıran filmdən, yaxud filmdəki performansından narazı qalır.

Axar.az xarici mətbuata istinadən rol aldıqları filmlərə nifrət edən aktyorların siyahısını təqdim edir:

Ben Afflek

Məşhur aktyor Ben Afflek "Daredevil" filmi ilə bağlı verdiyi açıqlamada "O filmdə oynadığım rolun məni daim izləyəcəyini bildiyim üçün əzab çəkirəm", - deyə bildirib.

Halle Berri

Olduqca mənfi tənqidlərlə üzləşən "Pişik qadın" filminin aktrisası Halle Berri bu filmə görə "Ən pislərin Oskarı" mükafatına layiq görülüb. Mükafatı alandan sonra Berri "Məni bu qorxunc filmə çəkmək üçün dəvət edən Varner Brosa təşəkkür edirəm", - deyib.

Bob Hoskins

Aktyor Bob Hoskins ona ünvanlanan "Gördüyünüz ən pis iş" sualına düşünmədən baş rolda çəkildiyi "Super Mario" filmini göstərib. Bob bu işdən peşman olduğunu açıq şəkildə bildirib.

Kristofer Plummer

Plummer çəkildiyi "Şən günlər" filminin sevilməsinə baxmayaraq, film haqqında ürəkaçan sözlər deməyib: "İnsanlar hər il eyni şeyi oturub izləmək məcburiyyətində qalırlar. Bu isə çox ağrılıdır".

Katerin Heiql

Heiql "Qəza gülləsi" filmi haqqında bunları deyib: "Bir az seksist bir film idi. Qadınları yaramaz və zarafat hissindən məhrum kimi göstərən film, kişiləri seviləsi və əyləncəli tip olaraq əks etdirirdi. Filmin çəkilişlərində çox əyləndim. Ancaq bu filmi sevməyim mümkün deyil", - deyə bildirib.

Mark Valberq

Valberq rol aldığı "Mistik hadisə" filminin maddi baxımdan gözləntiləri doğrultmadığını və filmin çox pis alındığını uzun illər sonra dilə gətirib.

Silvester Stallone

Məşhur aktyor Stallone "Bir çox pis filmə çəkildim, ancaq "Dayan, yoxsa anam atəş açacaq" filmi bunların içində ən pisi idi", - deyərək bu filmə çəkildiyi üçün peşman olduğunu etiraf edib.

Robert Pattinson

"Alacaqaranlıq" serialının baş rol ifaçısı Pattinson "Özünüz bu filmin pərəstişkarsınızımı?" sualına cavab verib: "Xeyr, bu filmə səbəbsiz şəkildə nifrət edirəm".

Arnold Şvarseneqer

Döyüş filmlərinin qəhrəmanı olan Arnold "Qırmızı Şahzadə" filminin karyerası boyunca çəkildiyi ən pis film olduğunu söyləyib.

Tarix
2015.09.01 / 01:50
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla