Yuxarı

Nofəl Vəliyev Türkiyədə mükafatlandırıldı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev 18-23 avqust tarixlərində Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində "Teatr tətili" yay məktəbində iştirak edib.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu il yaradılan və Türkiyənin müxtəlif şəhərlərindən məşhur teatr mütəxəssislərinin iştirak etdiyi məktəbdə aktyorumuz ustad dərsləri ilə çıxış edib.

2014-2015-ci illər teatr mövsümü ərzində İstanbulda nümayiş etdirilən tamaşaların yozumu və aktyor oyununu qiymətləndirən Türkiyənin nüfuzlu "XV Dirəklərarası Seyrçi Ödülləri" qurumunun qərarı ilə adıçəkilən aktyorumuz iki nominasiyada da mükafatlandırılıb.

"Ən yaxşı rejissor işi" nominasiyası üzrə mükafata aktyorun ötən mövsüm Türkiyə Cümhuriyyətinin Antalya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın "Gec qalanlar" əsəri əsasında hazırladığı eyniadlı tamaşa layiq görülüb.

"Türkiyə xaricində mükafata layiq görülən teatrlar" nominasiyası çərçivəsində növbəti mükafata isə cari ilin may ayında Türkiyə Cümhuriyyəti Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən "Qaçaq qocalar" tamaşası layiq görülüb. Sözügedən tamaşa ötən mövsüm Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən "Rejissorluq emalatxanası"nda Nofəl Vəliyev tərəfindən hazırlanıb.

Tarix
2015.09.04 / 01:30
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla