"O uşaqlar isə ruslaşaraq
Azərbaycan dilini və Azərbaycanı atalarına
unutdururlar…"
Çıltıs Tannaqaşeva Sibirdə yaşayır. Kemerovo
vilayətində - Qədim Türklərin əzəli torpaqlarında, öz
torpaqlarında. Pasportların "milliyəti" bölümündə Sovetlər
dönəmində rus dilində elə beləcə də yazılıbmış - "Koroleva Şorii"
-"Şori kralicası".
Şori türk tayfalarının Sibirdə yaşamaları məlum idi. Amma rus –
sovet hakimiyyətinin onları belə adlandırması xəyala belə gəlməzdi.
Çıltıs xanım Kemerovoda aktirisa kimi tanınır və yaxın bölgələrdə
çox sevilir. Azərbaycan diasporu ilə də sıx əlaqələri var. Birgə
tədbirlərin düzənlənməsində xidmətləri olub.
Çıltıs xanımla müsahibəni təqdim edirik.
- Çıltıs xanım kimdir, qədim Türklərin hansı soyuna
aiddir?
- Mən Rusiyanın Kemerovo vilayətində yaşayıram, bura mənim
doğulduğum yerdir. Mənim çocugluğum burada kecdi, burada böyüdüm,
burada ana oldum, buradan dünyaya boylandım. Mən məmləkətimi cox,
lap cox sevirəm!
- Siz aktirsasız. Əsasən hansı dildə oxuyursuz,
hansı musiqi alətində ifa edirdsiz?
- Düz deyirsiz, mən bir sənətçiyəm. Həm kay-komuzla, həm də
dəmir komuzla ifa edirəm, Şori dilində xalq mahnıları oxuyuram.
- Sibirdə hansı türk tayfaları
var?
- Sibirdə yaşayan millətlərin sayı coxdur. Amma ən qədimi
Şorilər və Teleutlar olub. İndiki zamanda isə Kemerovo da başqa
turklər də yaşayır - Kazan tatarları, azərbaycalılar, çuvaşlar,
başqırdlar, qırğızlar, özbəklər və təbii ki, biz və teleutlar…
- Şori dilində məktəbiniz, TV verlişləri, radio,
qəzet necə, varmı?
- Təəssüf ki, bizim öz dilimizdə nə Televiziya, nə də radio var.
Heç qəzet də çıxmır. Məktəbimiz də yoxdur. Sadəcə, bütün vilayətdə
cəmi 3 məktəbdə fakultətiv dərslər keçirilir. Amma sizlərə gözəl
bir xəbərim də var. İnşallah, ən qısa zamanda "TRT Avaz"da Şori
dilində bir proqram yayımlanacaq. Mənim hazırlayacağım bu
tele-layihə dunyada Şori dilində ilk veriliş olacaq. Buna görə
"TRT-Avaz"ın koordinatoru Adnan Suere və yönətmən Tayfun Tanju
Karaya təşəkkür edirəm.
- Azərbaycan diasporu ilə əlaqələriniz
varmı?
- Təbii ki, bizim bölgədə Azərbaycan diasporu var və hər il
burada keçirilən festivallarda, dövlət tədbirlərində biz onlarla
bərabər oluruq. İş birliyimiz var. Oktyabrın 30-da burada yenə də
böyük bir tədbir düzənlənəcək. Azərbaycanlılar, biz və digər türk
xalqları öz mədəniyyət nümunələrini sərgiləyəcəklər. Biz cox yaxşı
münasibətdəyik. Novruzda birlikdə tədbirlər keçiririk. Axı bu
bayram bizim də milli bayramdır.
- Azərbaycanda olmusuz?
- Xeyir, çox təəssüf ki, olmamışam. Amma Azərbaycanı,
insanlarını demək olar ki, artıq tanıyıram. Gözəl arxitekturaya
malik olan abidələriniz haqda, şəhərləriniz haqda məlumatlarım var.
İnşallah yaxın zamanlarda olaram.
- Kimləri tanıyırsız, kimlərlə əlaqələriniz
var?
- Dostlar çoxdur. Türkiyədə və başqa türk dilli dövlətlərin
tədbirlərində olmuşuq. Sizin gözəl sənətçiniz Azərin xanıma
pərəstiş edirəm. Dostumdur. Yazarlarla dostluğum var, onları
oxuyuram. Sizi, Əkbər Qoşalını, Salamı, Həyat Şəmini və başqalrını
tanıyıram. Onları internet vasitəsi ilə oxumuşam. Çox yaxşı
yazarlardır, amma fərqlidirlər, onların yaradıcılığında oxşarlıq
yoxdur. Bu, çox yaxşıdır.
- Bildiyimizə görə, sizi Rusiyada assimliasiya
edirlər, var ola-ola "yoxa" çıxırsınız. Barı diliniz
yaşayırmı?
- Bizdə assimiliasya var və bu, çox sürətlə gedir. Gənclər var
ki, oz dilini heç bilmir. Bu, təkcə bizə aid deyil. Bölgədə başqa
tük millətləri var ki, onlar da dillərini unudur. Məsələn,
tatarlar, azərbaycanlılar və digərləri…
- Rusların son vaxtlar qeyri millətlərə qarşı pis
davranmaları haqda danışılır, bu, Sibirdə də müşahidə
olunurmu?
- Mən bunu müşahidə etməmişəm. Bu torpaqda ilk olaraq biz
yaşamışıq, ona görə də biz burada yad deyilik.
- Azərbaycanlılar sizin bölgədə
fəaldırmı?
- Məncə azərbaycanlılar her yerdə aktiv insanlardır, fəaldırlar.
Bizim bölgənin restoran biznesləri, bazarlar azərbaycanlıların
nəzarətindədir. Əksəriyyəti rus qadınlarla ailə qurublar. Rus
qadınları onlara azərbaycanlı usaq doğur. O uşaqlar isə ruslaşaraq
Azərbaycan dilini və Azərbaycanı atalarına unutdururlar. İnşallah
hər şey yaxşı olacaq.
- İnşallah...