Yuxarı

Yeni almanaxın istehsalı tamamlandı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni almanaxın istehsalı tamamlandı – Foto

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Motivlər 2" şərti adlı kinoalmanaxın istehsalı başa çatıb.

Kinostudiyadan Axar.az-a verilən məlumata görə, yeni kinoalmanax 2016-cı ilin əvvəllərində tamaşaçılara təqdim olunacaq.

"Motivlər 2" kinoalmanaxı Amil Məmiyevin "Qara bağ", Emin Əfəndiyevin "Hədiyyə", Emin Mirabdullayevin "Postskriptum" və Zamin Məmmədovun "Onun atası" qısametrajlı bədii filmlərindən ibarətdir.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl "4.1 Şəhər Motivləri" adlı birinci kinoalmanaxın təqdimatı olmuşdu. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə rejissor Anar Abbasovun "Qonşu qadın", Rüfət Həsənovun "Kədərim", Timur İsmayılovun "Yuxarıda və aşağıda", Cəfər Axundzadənin "Dmitrov küçəsi 86" və Vüqar İslamzadənin "Zabit şərəfi" filmləri daxil idi.

Tarix
2015.12.03 / 01:52
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla