Yuxarı

Ağıllı görünmək istəyənlər - Diqqət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağıllı görünmək istəyənlər - Diqqət

Cəmiyyət tərəfindən ağıllı, savadlı insan kimi tanınmaq çoxunun arzusudur.

Axar.az xarici mətbuata istinadən ətrafdakı insanlara ağıllı görünməyin bir neçə üsulunu təqdim edir:

Az danışın

Ağıllı görünməyin birinci qaydası az danışmaqdır. Siz heç bilmədiyiniz bir mövzunun içində qalmısınızsa, danışmayın və dinləyin. Arada söhbəti təsdiqləyin və gülümsəyin. Beləcə, insanlarda ağıllı olduğunuz, lakin fikir bildirmək istəmədiyiniz təəssüratı yaradacaqsınız. Böyük yazar və şairlərin aforizmlərindən öyrənin. İnternetdən hər gün bir şeir və aforizm öyrənsəniz, sizə inanılmaz özəllik bəxş edər. Çünki insanlar böyük yazar və şairlərdən sitatlar gətirən şəxslərə heyranlıq duyur. Bu, sizi insanlar arasında ağıllı göstərər.

Film seyr edin

Tez-tez film seyr edin. Bu filmlər həm müasir, həm də klassik olsun. İnsanlar filmləri şərh edənləri də xoşlayırlar. Film izləyərkən yaxşı və pisə ayırmadan hamısını izləyin. Pis filmdən pis kimi bəhs etmək belə çox önəmlidir. Film seyr etmək məşhur bir mədəniyyət olaraq qəbul edilir.

Kitablara nəzər yetirin

Yaxşı kitabları izləyin. Əgər oxumağa vaxtınız yoxdursa, internetdə yayımlanan böyük kitabların məzmununu oxuyun və onlar haqqında da fikir bildirin. Bəlkə də məzmununu oxuyarkən kitab diqqətinizi çəkər və özünü oxumaq qərarına gələrsiniz.

Maraqlı mövzulara meyil edin

Bir qrup içində ikən suallar verin. Ancaq verdiyiniz suallar bildiyiniz mövzulardan olsun. Sualın cavabını aldıqdan sonra ona bənzər başqa suallar verin. Beləliklə, o kütlə sizin mövzuya başqa istiqamətdən baxmaq istədiyinizi düşünəcək. Həmçinin heç kimin bilmədiyi mövzularda oxuyun və öyrənin. Məsələn, dostlarınızın arxeologiyaya marağı yoxdursa, siz arxeologiya haqda oxuyun. Bir yerə yığışdıqda o mövzularda danışın. Heç kim bu mövzu haqqında nəsə bilməsə, əmin ola bilərsiniz ki, o kütlənin ən ağıllısı siz olursunuz.

Tarix
2016.01.12 / 01:06
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla