Yuxarı

Ana olmayan müğənni övladı üçün oxudu – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aytac Vidadiqızı "Balam" adlı yeni mahnı ifa edib.

Axar.az-a açıqlama verən müğənni ana olmasa da, ifa etdiyi mahnını gələcəkdə dünyaya gələcək övladına həsr edib.

"Deyirlər analıq gözəl hissdir və onu yaşayanlar bilir. Mən ana olmasam da, uşaqları, körpələri çox sevirəm. Hər bir qadın kimi ana olmaq, körpəmi qucağıma götürmək mənim də arzumdur. Mahnının sözlərini yazanda çox təsirlənmişdim. Allah heç bir qadını analıq ilə sınağa çəkməsin".

Müğənni ifa etdiyi yeni mahnısının bəstəsinin erməni musiqisi olması məsələsinə də münasibət bildirib:

"Bu söz-söhbət mənə də çatıb. Amma bu musiqini daha əvvəllər yunanlar ifa edib. Ermənilər hər şeyi öz adına çıxarmağa öyrəncəlidir. Ermənilərə inansaq, "Sarı gəlin" də onlara məxsusdur. Bu sənətin dərinliklərini bilən bir neçə musiqiçi ilə də danışdım. Onlar mahnının yunan mahnısına bənzədiyini bildirdilər. Bu mahnını çox xalqlar ifa edib".

Xatırladaq ki, mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytacın toyu ötən il dekabr ayının 23-ü Bakıda olub. Sabah isə Türkiyədə oğlan toyu olacaq. O, Türkiyə vətəndaşı Canbərk adlı şəxs ilə ailə həyatı qurub.

Tarix
2016.01.16 / 01:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla