Yuxarı

Alim Qasımov şəxsi arxivini təhvil verdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər daxil olub.

Arxivin direktor müavini Könül Nəsibova Report-a açıqlamasında deyib ki, 2015-ci ildə xalq yazıçısı Süleyman Rəhimovun, yazıçılar Vidadi Babanlının, Tofiq Məliklinin, görkəmli xanəndə, xalq artisti Alim Qasımovun, mərhum kaman ustadı, xalq artisti Habil Əliyevin şəxsi arxivi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib.

K.Nəsibova qeyd edib ki, qiymətli sənədlər arasında Süleyman Rəhimovun "Şamo" romanının əlyazma variantı, digər əlyazmaları, fotoları, tərcümeyi-halı və şəxsi sənədləri də var: "Moskvada yaşayan yazıçı-alim Tofiq Məliklinin şəxsi arxivi də 2015-ci ildə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edilib. Sənədlər arasında alimin rus, ingilis və türk dilində nəşr edilən kitabları, əlyazmaları, şəxsi fotoları var.

Direktor müavini bildirib ki, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Azərbaycanın görkəmli xanəndə və musiqiçilərinin də şəxsi arxivləri təqdim edilib: "Yeni ilin ilk günlərində görkəmli xanəndəmiz, xalq artisti Alim Qasımov şəxsi arxivini bizə təqdim edib. Qiymətli sənədlər arasında xanəndənin müxtəlif illərdə buraxılan diskləri, albomları, fəxri fərmanları, şəxsi fotoları və s. yer alıb.

Həmçinin mərhum kaman ustadımız Habil Əliyevin, xanəndə Baba Mahmudoğlunun şəxsi arxivini qorumaq şərəfi bizim üzərimizə düşüb. Yaxın günlərdə isə xalq şairi Nəriman Həsənzadə şəxsi arxivini bizə təqdim edəcək. Bizim arxivimiz əsasən əlyazmalara üstünlük verir. Arxivdə qorunan şəxsi şənədlər nadir əlyazmalardan ibarətdir".

Tarix
2016.01.21 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla