Yuxarı

Rəmişin xanımı: “Qızılları özü oğurlayıb”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış gitara ifaçısı Rəmişin qızılları oğurlanıb. Qızılları oğurlayan isə onun 9 illik dostu olub.

Lent.az saytının yaydığı məlumata görə, ifaçı bu barədə telekanallardan birinə açıqlamasında bildirib: "İrana gedəndə qızıllarımızı rayonda yaşayan 9 illik yaxın dostuma verdik. Elə oldu ki, İrana gedəsi olmadım. Qızıllar həmin insanda qaldı. Sonra onu bizə qaytarmadı, dedi oğurlayıblar. İndi polis bölməsinə şikayət ərizəsi vermişik".

Musavat.com-a açıqlama verən gitara ifaçısının həyat yoldaşı Gülü xanım da oğurluqda yalnız Rəmişin dostundan şübhələndiyini deyib.

Onun sözlərinə görə, hadisə Lənkəran rayonunda baş verib: "Ona görə də Lənkəran Rayon Polis Şöbəsinə müraciət etmişik. Hələ ki, yeni bir məlumat yoxdur. Biz qızılları Rəmişin dostuna vermişdik. Qızıllar onun evində itibsə, deməli, özü oğurlayıb".

Gülü xanım oğurlanan qızılların dəyəri barədə məlumat vermək istəməyib: "Bu barədə istəmirik ki, mətbuata bildirək. Çünki bu, bizim şəxsi işimizdir. Rəmiş lazımi məlumatı öz açıqlamasında bildirib".

Tarix
2016.02.07 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla