Yuxarı

Erməni təxribatına sərt cavab – İsveçdə/Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroviziya-2016 mahnı müsabiqəsinin yarımfinalında Ermənistanın törətdiyi təxribata etiraz bildirilib.

Axar.az xəbər verir ki, Ermənistan təmsilçisi İveta Mukuçyan yarımfinaldan sonra keçirilən mətbuat konfransında qondarma Dağlıq Qarabağ respublikasının "bayrağı"nı "Avroviziya" mahnı müsabiqəsində dalğalandırmasını guya ölkəsinin sülhün tərəfdarı olması ilə əlaqələndirib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədov mətbuat konfransında Ermənistan tərəfinin növbəti təxribatına etirazını bildirib.

O, Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tərkib hissəsi olduğunu vurğulayaraq deyib:

"Dünyada heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayıb. Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi olaraq tanınır. Buna görə də qondarma Dağlıq Qarabağın "bayrağı"nın "Avroviziya" səhnəsində dalğalandırılması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. İnanıram ki, Təşkilat Komitəsi bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək".

Daha sonra isə mətbuat konfransının aparıcısı bu barədə təmsilçimiz Səmra Rəhimliyə sual ünvanlayıb.

"Bu mahnı müsabiqəsidir və hər şey musiqiyə aid olmalıdır", - Səmra bildirib. Onun bu cavabı mətbuat konfransının iştirakçıları tərəfindən alqışla qarşılanıb.

Qeyd edək ki, ötən gün Ermənistan təmsilçisi İveta Mukuçyanın Avroviziya-2016 mahnı müsabiqəsinin yarımfinalında ifası zamanı erməni təmsilçilər qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağı" olası əski parçasını qaldırıblar.

İctimai Televiziya baş verən təxribatla əlaqədar Avropa Yayımları Birliyinə rəsmi nota göndərib.

Avroviziya-2016-nın Təşkilat Komitəsi də bir neçə gün öncə yaydıqları məlumatda Dağlıq Qarabağ separatçı qurumunun "bayrağının" yarışmanın keçirildiyi zala gətirilməsini qadağa etmişdi.

Tarix
2016.05.11 / 12:10
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla