Yuxarı

Ən böyük 3 arzumu İlham Əliyev həyata keçirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən böyük 3 arzumu İlham Əliyev həyata keçirdi

Təbii ki, çox həyəcanlıyam. Neçə ildən sonra Rusiyanın əsas konsert zalında, Kreml sarayında solo konsert vermək məncə çox vacibdir, önəmlidir.

Kult.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xalq artisti Polad Bülbüloğlu bildirib.

“Bilirsiz ki, müxtəlif hadisələr baş verib. Amma hesab edirəm ki, bu, mədəniyyətə aid deyil. Hər halda mədəniyyət hər zaman öz sözünü deyib. İki ölkə arasında mədəni əlaqələr olub, bu gün də var və bundan sonra da olacaq və olmalıdır. Siyasətdə hər şey ola bilər. Amma mən hesab edirəm ki, sənət adamları bir-biri ilə bu əlaqələri daha da inkişaf etdirməlidirlər. Bilirsiz ki, bu zalda 6 min nəfərlik yer var. Əvvəl biraz tərəddüd edirdim ki, görəsən adamlar gələcək, ya yox, biletlər satılacaqmı? Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, Rusiyanın ayrı-ayrı şəhərlərindən bugünki konsertə gəliblər. Çox şadam ki, Azərbaycan musiqisinə, mədəniyyətinə belə bir maraq var. Təbii, həyəcanlıyam”, - deyə 80 yaşlı Polad Bülbüloğlu vurğulayıb.

Özünə ancaq cansağlığı arzulayan maestro həyatda ən böyük üç arzusunun artıq həyata keçdiyini söyləyib:

“Allahdan can sağlığından başqa heçbir şey istəmirəm. Mənim ən böyük üç arzum var idi. Bu üç arzumu da hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Birinci arzum Qarabağın qayıtması, Şuşanın qayıtması, atamın evinin bərpa olunması idi. İkinci arzum “Xarı bülbül” festivalının yenidən canlanması...üçüncü, ən əsası isə güllələnmiş abidələrin Şuşaya, aid olduğu yerə qoyulması idi. Mənim ömrümdə üç belə arzum vardı, bu üç arzu da həyata keçirilib. Ona görə də özümü xoşbaxt adam sayıram ki, bu günləri görmüşəm”.

Tarix
2025.01.31 / 13:22
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla