Yuxarı

Türkiyə Hollivuddan sonra ikincidir - Seriallar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Hollivuddan sonra ikincidir - Seriallar

75 ölkədə 400 milyon izləyicinin seyr etdiyi seriallar artıq dünyada Türkiyənin "yumşaq gücü" kimi dəyərləndirilir.

"Axar.az" xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə çəkilən seriallar artıq Şimali Afrikadan tutmuş Çinə qədər geniş bir ərazidə izlənilir. Bu seriallardan 150 milyon dollar pul əldə edilir. Hətta Serbiyada iş adamı Zoran Başkovic adlı birinin həyat yoldaşını oğurlayan cinayətkar belə, polisin axtarışı nəticəsində olduğu yerdə "Möhtəşəm yüz il"i izləyərkən tutulub. O bildirib ki, o qədər seriala aludə olub ki, hətta evində girov tutduğunu, polisin də onu axtardığını unudub.

O da bəlli olub ki, Hollivuddan sonra Türkiyə ikinci yerdədir. Amma iş burasındadır ki, seriallar təkcə sənət deyil, həm də Türkiyənin turizm sektorunun inkişafına böyük təsir göstərir. Belə ki, son 5 ildə serialların izləndiyi ölkələrdən Türkiyəyə gələn turistlərin sayı xeyli artıb. Çünki bu ölkələrin insanları hər gün Türkiyəni, İstanbulu və onun gözəl mənzərələrini izləyir. Bu da ölkənin reklamına səbəb olur.

Türkiyə seriallarını xaricə satan "Global Agens CEO"nun başçısı Türkiyə mətbuatına verdiyi müsahibədə bildirib ki, o hətta xaricdə olanda maşın kirayələdikdə onun məhz "Möhtəşəm yüz il" serialının çəkildiyi ölkədən olduğunu biləndə xeyli endirim ediblər.

Serialların ərəb ölkələrinə satılması Türkiyədə eyni zamanda tikinti sektorunun inkişafına səbəb olur. Belə ki, zəngin ərəblər Türkiyədən indi daha çox mənzil alır.

Beləliklə, seriallar təkçə sənət əsəri kimi qalmır, həm də Türkiyədə digər sahələrin inkişafına təkan verir.

Tarix
2014.02.22 / 00:30
Müəllif
Selcan
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla