Yuxarı

Hitlerin yağmaladığı sənət əsərləri tapıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hitlerin yağmaladığı sənət əsərləri tapıldı

Son günlər Adolf Hitlerlə bağlı sanki yeni dönəm araşdırmalara başlanıb. İndi də Hitlerin "korlanmış sənət" hesab edib götürdüyü 1500 sənət əsərinin Münhendə ortaya çıxdığı elan edilib. Bir evə edilən basqında tapılan tablolardakı imzalar arasında Pablo Pikasso, Henri Matis, Mark Çaqel, Emil Nolda, Oskar Kokosçka və Pol Kli kimi dünyanın məşhur rəssamları var.

"Foks" jurnalının xəbərinə görə, Kornelius Qirlit adlı sənət tacirini illərdir təqib edən Bavariya gömrük mühafizə polisi onun Şvebinq səmtindəki evinə basqın təşkil edib. 2011-ci ilin yayında reallaşdırılan basqın istintaqın təhlükəsizliyi baxımından indiyə qədər gizli saxlanılıb.

Basqında olan kolleksiyada indiyə qədər it-bata düşdüyü bilinən dünyanın məşhur rəssamlarına aid tablolar var. Sözügedən müasir sənət əsərlərinin yəhudi kolleksiyaçılarının əlindən alınan əsər olduğu bildirilir.

Tarix
2013.11.04 / 09:55
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla