Yuxarı

Con Steynbek: Eşqin çox çeşidləri var

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siçanlar və insanlar" əsərinin Nobel mükafatlı müəllifi aldığı məktublara gözəl cavablar yazan yazar kimi diqqəti çəkib. O, məktəbdə oxuyan oğluna cavab olaraq yazdığı məktubunda da maraqlı fikirlər söyləyib. Tom adlı oğluna yazmış olduğu məktubu təqdim edirik.

Hyu York, 10 noyabr, 1958

Sevgili Tom, bu səhər məktubunu aldıq. Sənə öz baxışlarıma və dünyagörüşümə uyğun olaraq cavab verəcəyəm. İlk olaraq onu deyim ki, əgər aşiq olubsansa, bu çox yaxşıdır, hətta bu insanın başına gələ biləcək ən gözəl şeydir. Amma bunu aşağılamalamağa kimsəyə izn vermə…

İkincisi, eşqin çox çeşidləri var. Biri eqoist, açgöz olub eşqi özünü bəyənmək üçün istifadə edər. Bu eşqin çirkin və şikəst çeşididir. Digərisə, sənin içində nə gözəl şey varsa, onu aşkar edər və bu gözəlliklər üzə çıxar. Yaxşılıq, etibar və hörmət… Bu, sadəcə, toplumsal sayğı məsələsi deyil, bir başqasını dəyərli və əvəzedilməz görə bilməni təmin edən duyğudur.

Birinci çeşid olan eşq səni xəstə, kicik və zəif edəcək, ikincisisə, səni gücləndirər, sahib olduğun cəsarəti, yaxşılığı ortaya çıxarar.

Esqinin keçici bir gənclik hissi olmadığını deyirsən. Əgər bu qədər dərin duyğular hiss edirsənsə, əlbəttə, gənclik hissi deyil. Fəqət mənim sənə nələr hissetdiyini söyləməyimi istəmədiyini düşünmürəm. Təbii ki, hiss etdiklərini sən özün daha yaxşı bilirsən. Sənə bu mövzuda nə etmək gərəkdiyi ilə ilgili yardımçı olmamı istəmirsən. Amma mən bunu edə bilərəm.

Öncəliklə sonuna qədər hiss etdiklərinin dadını çıxar və buna görə də sükr et… Eşqin məqsədi ən yaxşı və gözəl məqsəddir. Ona çatmağa çalış.

Əgər birinə aşiqsənsə, bunu açıqlamaqda heç bir təhlükə yoxdur. Yalnız bəzi insanların çox çəkingən ola biləcəyini unutmamalısan. Bəzən elani-eşq edərkən bu çəkingənliyi göz önündə tutmaq gərəkdir.

Qızlar sənin nə hiss etdiyini bilmək kimi özəl xüsusiyyətlərə sahibdir, amma yenə də hiss etdiklərini duymaq istərlər.

Bəzən hisslərinə müəyyən səbəblər üzündən qarşılıq ala bilməzsən, amma bu hiss etdiklərinin dəyərini və gözəlliyini azaltmaz.

Son olaraq, sənin nə hiss etdiyini bilirəm, çünki mən də eyni şeyləri hiss edirəm. Sənin də belə hiss etdiyin üçün məmnunam.

Sevdiyin qızla, Suzanla tanış olmağı çox istərdik. Bu görüşün planını Elain çızacaq. Çünki bu işləri çox yaxşı bacarır və bundan çox məmnunluq duyacaq. O da eşqi bilir, bəlkə də sənə bu işdə məndən də artıq kömək edə bilər.

Onu qətiyyən itirməkdən qorxma, əgər doğrudursa, davam edəcək. Sadəcə tələsmə… Gözəl şeylər əsla əldən qaçmaz.

Sevgilərlə atan…

Tarix
2014.02.22 / 08:30
Müəllif
Selcan
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla