Yuxarı

“Mersedes”ə dönmüş “Zapı”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mersedes”ə dönmüş “Zapı”

"Retro avtomobillər" layihəmizin bu dəfəki qonağı öz "Zaporojets"i ilə Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rafael Eynullayevdir.

Rəfael bəy çoxdan retro avtomobillər sırasına daxil olmuş avtomobili ilə bağlı xatirələri "Axar.az" oxucuları ilə bölüşməyə sevə-sevə razılıq verdi.

Bu "zaparojets"lə gözəl cavanlığım keçib

- Bu maşın 1991-ci il buraxılışıdır. 1992-ci ildən də öz adımdadır. Yeri gəlmişkən, onu da deyim ki, özüm maşın ustasıyam, dəmirçiyəm.

Mənim bu maşınla gözəl xatirələrim, gözəl günlərim olub. Hətta onu da əlavə eləyə bilərəm ki, mənim bu "Zaparojets"lə gözəl cavanlığım keçib. Vaxt var idi, bu "zapı"ya evdəkilərlə birgə 11 nəfər adam yığırdım, uşaqlı-böyüklü, bəlkə də inanmazsız...

İnkubator "zapı"

Gedərdik Novxanıya, dəniz qırağına. Dənizə çatanda "Zapı"dan adamlar inkubatordan cücələr çıxan kimi çıxırdılar. Camaat da təəccüblə baxırdı ki, alə, bunlar hardan çıxır belə?

Çox gözəl vaxtlar olub. Hətta evdə şəkillər də var, nə bilim vallah...

Mənim bundan başqa maşınım olmayıb. Bu, çox qəşəng maşındı. Bax, bilirsən necədi, indi bu maşınla şəhərə çıxıram, o soruşur satırsan, bu deyir satırsan? Deyirəm, alə, satmıram. Çünki konkret satmaq fikrim yoxdur.
Bu, "BMV"dir, "Mersedes"dir, "İnfiniti"dir... bunlar hamısı artıq, camaatın gözünü yara eləyib. İndi "Zapı"-zad görəndə onlara çox maraqlı gəlir.

Evdə arvadlar "şvabra"nı ora-bura eləyəndə...

Maşının bu vəziyyətə gəlməsi üçün üstünə nə qədər pul qoymuşam! Özüm usta adamam da, əlimə pul düşən kimi maşına nə lazım olub, alıb qoymuşam üstünə. Bax, o ön şüşədəki "palavinka"nı neçə vaxtdı alıb qoymuşdum evə. Qalmışdı "şfaner"in arxasında. Onu da bilmirəm evdə arvadlar "şvabra"nı ora-bura eləyəndə necə olubsa, çatladıblar. Belə götürəndə bu maşının indi heç nəyi tapılmır. Misalçün, qabaq paneli Rusiyadan gətizdirmişəm, "krılo"larını isə heç 150 manata da tapmaq olmur. Sonra, canım sənə desin, salonu yığdırmışam, motoru yığdırmışam. Salona təxmini 400 manat xərcim çıxıb.

Bununla yoldaşımın sağlığında haralara gedirdik...

Bu maşın mənə çox əzizdir. Bununla yoldaşımın sağlığında haralara gedirdik! Ona görə düşündüm ki, bu maşını yığım, qoy elə xatirə kimi qalsın. Bir az dəyişiklər də eləmişəm bu "Zapı"da. Misal üçün, yan şüşələr "Vaz 2107", buferlər "Qaz 31-02", disklər enli və arxa stoplar "Şessot"un stoplarıdır. Bir də ki, "rul şturval" "Jiquli"nindir. Başqa hər bir şey zavod istehsalıdır.

Yaşayırıq da qardaş kimi, görək axırı nə olur...

Tarix
2013.12.20 / 17:24
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla