Yuxarı

Müəllimləri koronaya yoluxan məktəbdən - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimləri koronaya yoluxan məktəbdən - Reportaj

Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində müəllimlərin koronavirusa yoluxması səbəbindən əyani formada tədris sentyabrın 21-dən dayandırılıb. Hazırda dərslər distant formada davam etdirilir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, məktəbdə koronavirusa ilk yoluxma halı sentyabrın 18-də qeydə alınıb. İxtisas müəllimlərindən birinin səhhətindəki narahatlıq onun COVID-19 virusuna yoluxmasına əsaslı şübhələr yaradıb. Kollektivdən alınan analiz nümunələri nəticəsində məktəbin 7 müəllim və 1 texniki işçisinin koronavirusa yoluxması müəyyənləşib. Sonradan nümunə götürülən daha iki nəfərin də virus daşıyıcısı olduğu aşkarlanıb.

Məktəbin direktor müavini Samir Novruzov bildirib ki, təhsil müəssisəsində, ümumilikdə, 443 şagird təhsil alır. Onlardan 168-i ibtidai siniflərdə oxuyan uşaqlardır. Məktəbdə 36 müəllim və 14 texniki işçi var. Kollektivdə analiz götürülənlərin bəzilərində cavablar hələ ki, çıxmayıb.

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, digər müəllimlərin test nəticələri məlum olduqdan sonra tədrisin davamı ilə bağlı qərar veriləcək. İbtidai sinif müəllimlərində virus aşkarlanarsa, təhsil ya distant, ya da məktəbə digər yaxın təhsil ocaqlarının pedaqoqlarını cəlb etməklə davam etdiriləcək.

Qamqam kənd tam orta məktəbində müəllimlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Hazırda məktəbdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.

Tarix
2020.09.22 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla