Yuxarı

Şəhid bacısı şəhid Vüsaldan yazdı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid bacısı şəhid Vüsaldan yazdı

Vüsal qollarını hər iki məktəbli uşağının boyununa dolamışdı. Sonra aşağı əyilib onların saçlarını sığalladı: “Darıxmayın! Güclü Ali Baş Komandanımız və ordumuz var. Qələbə bizim olacaq və siz digər hərbiçi övladları kimi qələbədən sonra hər zaman atanızla fəxr edəcəksiniz”.

O, ayağa durdu və onu nəzərləri ilə yola salan həyat yoldaşına gülümsəyərək “Qarabağ Azərbaycandır!” dedi.

29 sentyabr 2020-ci il…

Minlərlə gəncimiz kimi Vüsal Aslan oğlu Məhərrəmov İkinci Qarabağ savaşına qoşulanlardan idi. 1979-cu ildə il Masallı rayon Hiskədərə kəndində doğulan Vüsal hələ 1997-2001-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Akademiyasında təhsil alan zaman Murovdağı yüksəkliyi istiqamətinə baxaraq tələbə yoldaşlarına “Zaman gələcək biz Kəlbəcərə qayıdacağıq” deyirmiş. Vüsalın ürəyində hər zaman vətən-torpaq sevgisi var idi. 2003-cü ildə zabit kimi Naxçıvanda hərbi xidmətdə olan zaman hərbi sirləri daha dərindən öyrənən Vüsal canından çox sevdiyi vətən uğrundan döyüşlərdə iştirak etmək hissi ilə yaşayırdı.

15 il əvvəl kiçik dünyasını yaratdı Vüsal. Gənc ailəsində vətənə 2 əsgər böyüyür. Özü isə Böyük Azərbaycan üçün yaşayarıdı, bütün varlığı ilə ölkə üçün çalışırdı…

“Şuşa şəhərini azad edəcəyik. Birlikdə Qarabağın incisini ziyarət edərik” - Vüsal övladların saçlarını bir daha sığalladı. Və getdi… Canını qurban verəcəyi haqq şavası üçün getdi…

7 noyabr 2020-ci il - Şuşa şəhərinin işğaldan azad olunmasından bir gün əvvəl… Ölkəmizin ürəyi Şuşa ilə döyünürdü. Məhz qürur şəhərimizin azad olunmasından bir gün əvvəl ürəyi ilə yanaşı canı ilə Şuşanın azad olması uğrunda vuruşan Vüsal şiddətli döyüşlərdə qəhrəmancasına gözlərini əbədi yumdu. Cəmi 1 gün sonra onun ruhu artıq işğaldan azad olmuş Şuşa şəhərində idi…

İllər keçəcək, 29 oktyabr 2020-ci il atalarını son dəfə qucaqlayan 2 gənc güclü və bütöv Azərbaycanın inkişafı naminə məhz Şuşa şəhərində öz hərbi andlarnı içəcəklər.

“Salamat qalın” - ailəsi ilə vidalaşan Vüsal “Ən böyük arzum Şuşanı azad görməkdir” dedi və evinin qapısını bağlayıb getdi… O, minlərlə vətəndaşımızın 30 il ayrı qaldığı yurdlarına geri dönməsi üçün, onların evlərinin qapısının açılması naminə canını fəda verənlərdən oldu.

Bu qələbəni bizə yaşadanlardan olduğun üçün sənin ruhun qarşında baş əyirik, Vüsal! Yerin cənnətlik olsun.

Əmin ol ki, hər zaman xalqımızın qəlbində yaşayacaqsan!

Gülşad Abbasova (Şəhid bacısı)

Tarix
2020.12.04 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla