Yuxarı

Günnüt əməliyyatının Vətən müharibəsində rolu - Polkovnik

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günnüt əməliyyatı həyata keçiriləndə torpaqlarımız hələ işğal altında idi. Bu əməliyyat hərbi-strateji, siyasi, mənəvi və psixoloji cəhətdən həm bizim üçün, həm də düşmən üçün ciddi nəticələrlə yadda qaldı.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Günnüt əməliyyatı və onun nəticələri haqda danışarkən deyib.

O bildirib ki, Günnüt əməliyyatı hərbi cəhətdən yüksək peşəkarlığın nümunəsi idi:

“Ordumuz mayın 20-sindən 27-sinə qədər Günnüt dağı və ətraf yüksəklikləri az itki ilə ələ keçirməyi bacardı.

Günnüt əməliyyatı strateji baxımdan da olduqca vacib idi. Belə ki, Günnüt dağı və ətraf yüksəkliklərin ələ keçirilməsi ilə Ordumuz, eyni zamanda, Ermənistan ərazisini və Qarabağa gələn yolları nəzarət altına aldı. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı erməni ordusuna edilən bütün yardımlar Ordumuz tərəfindən əvvəlcədən bilinir və buna uyğun tədbirlər görülürdü.

Təbii ki, Günnüt əməliyyatından danışarkən bu əməliyyatın mənəvi-psixoloji tərəflərini də qeyd etmək lazımdır. Günnüt əməliyyatının uğurla başa vurulması xalqımızın, Ordumuzun özünə inamını bir az daha artırdı. Aprel döyüşündən sonra yüksələn döyüş əzmi, torpaqların işğaldan azad edilməsi inamı Günnüt əməliyyatı ilə öz kulminasiyasına çatdı.

Siyasi baxımdan isə deyə bilərik ki, düşmən və bir çox güclər artıq anladı ki, Aprel döyüşü bir başlanğıc idisə, Günnüt əməliyyatı yekun müharibənin carçısıdır. Elə də oldu. Ordumuz 44 günlük müharibə zamanı tarixi qələbə qazandı və 27 illik işğal prosesi başa çatdı”.

Tarix
2021.05.21 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi

Zakir Həsənov hərbi rütbələr verilən hərbçilərlə görüşdü

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər olacaq - MN

İsrailə uduzanların “qələbə bayram”ları – Siyahı şok edir!

Onlar diplomatik pasport əldə edə biləcək

Putin Ermənistanda “peşka”larını qurban verir

Tehranın Bakını ittiham etməsinə güneylilərin - Cavabı

Nikol Türkiyədən dönən kimi başladı: Kremlə bağlı olanlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla