Yuxarı

“İndi Üzeyirin, meyxananın, hırıltının dövrüdür”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İndi Üzeyirin, meyxananın, hırıltının dövrüdür”

"Keçmiş davamedici zaman" layihəsində:

Axar.az-ın "Keçmiş davamedici zaman" layihəsinin budəfəki qonaqları rəssamlar Yusif Mirzə və Könül İsmayılovadır.

Layihənin növbəti sualı belə oldu:

"Əsərlərinizi neçəyə satmısınız? Ümumiyyətlə, satış prosesi necədir?"

Rəssam Yusif Mirzə bu fikirdədir ki, Azərbaycan cəmiyyəti ciddi sənəti qiymətləndirməkdən çox uzaqdır:

"Ümumiyyətlə, sovet dövrünə münasibətdə çox zaman yanlış bir fikir var: o dövrdə hər şey çox pis olub, inkişaf olmayıb və s. Sovet İttifaqına və kommunist ideologiyasına münasibətim, yumşaq desək, yaxşı olmayıb. Daha dəqiq desək, anti-sovet və anti-kommunist düşüncəyə, mövqeyə malik olmuşam. Amma indi analitik tərzdə yanaşanda, o dövrün öz müsbət keyfiyyətlərini görmək mümkündür. Sovet dövrü ədəbiyyatı, incəsənəti, musiqisi, elmi buna bariz misaldır. Konkret olaraq, Azərbaycanı götürək. Musiqidə Qara Qarayev, Fikrət Əmirov, Niyazi və s. sovet dövründə yetişiblər. Kinematoqrafiyada şedevrlər, baletlər, operalar və s. yaranıb. Rəssamlıq sovet dövründə çox güclü idi. Böyük ustadlar vardı. Azərbaycan rəssamlığının da qızıl dövrü o zaman olub. Bu inkişafda dövlət rəhbəri kimi Heydər Əliyevin böyük rolu və marağı vardı. Hər bir rayonda tarix-diyarşünaslıq muzeylərinin yaradılması onun fikriydi. Bu fikir böyük uğurla həyata keçirildi. O zaman mənim bir neçə rəsmim Laçın muzeyi üçün alındı. Bunlar alınmış ilk rəsmlərim idi. "Bədii fond" deyilən bir qurum vardı. Bu fondun vasitəsiylə sifarişlər eləmək və yaxşı pul qazanmaq mümkün idi. İndi Azərbaycan cəmiyyəti ciddi sənəti, ədəbiyyatı qiymətləndirməkdən çox uzaqdır. Hər şeyi dövlətin üstünə ataraq onu günahlandırmaqdan asan şey yoxdur. Bu cəmiyyət Üzeyir Mehdizadələrə, meyxanaçılara, mənasız, bayağı hırıltılara daha çox qiymət verir".

Gənc rəssam Könül İsmayılova isə hazırda Azərbaycanda sərgilərə, rəsm əsərlərinə marağın artdığını fikirləşir:

"Qiymət kətanın və materialın dəyərindən asılı olaraq dəyişir, naxış işləri nisbətən baha olur. Çünki bu, böyük zəhmət tələb edir. Əlbəttə ki, müştərinin özündən də çox şey asılıdır.

Mən işlərimin çoxunu sərgilərdə satıram. Əl işlərim təkcə Azərbaycanda nümayiş olunan kolleksiyalar arasında deyil, həm də dünyanın müxtəlif ölkələrində satışa qoyulub. Digər müasir rəssamlar kimi öz əl işlərimin fotolarını sosial şəbəkələrdə yerləşdirirəm. Belə olduqda internet vasitəsilə də satış baş tutur.

İndi satış kifayət qədər yaxşıdır. Əvvəllər Azərbaycanda incəsənətlə az adam maraqlanırdı. Amma indi sərgilərə, rəsm əsərlərinə maraq artıb. Ölkəmizdə yeni qalereyalar açılır, rəsm əsərləri alınır, ölkə daxilində və xaricdə böyük tədbirlər keçirilir. Bu tədbirlər vasitəsilə rəssamlarımız öz əl işlərini satmağa müvəffəq olurlar".

Tarix
2015.07.29 / 00:23
Müəllif
Nigar An
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla