Yuxarı

Faiq Ağayevin həyatında ilk dəfə

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faiq Ağayevin həyatında ilk dəfə

Həyatımda ilk dəfədir ki, 5 mahnını eyni vaxtda hazırlayıram. Studiya işlərinə başlamışam. Həvəsim varkən, dedim hamısını işləyim. Onlar arasında Səbinə Babayevanın, Givi Usanaşvilinin bəstəsi, xalq mahnısı da var.

Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Faiq Ağayev deyib. Müğənni yeni mövsümdə beş mahnı təqdim edəcəyini bildirib.

F.Ağayev bildirib ki, o, yenidən efirlərdə aparıcı kimi görünmək istəyir:

"Gözəl layihə fikirləşmişəm. Hələ yerli telekanallarda bu tip veriliş olmayıb. Amma hər şey maliyyəyə bağlıdır. Telekanllarla danışıqlar aparacam, görüm alınır, ya yox. Əslində aparıcılıq istəyirəm, çünki ən böyük arzularımdan biridir".

Müğənni son günlərdə telekanallarda yaranan durğunluqdan şikayətlənib:

"Mütəmadi olaraq telekanalları izləməsəm də, hərdən baxıram. Qane edənlər azdır. Ümumi televiziya məhsulları arasında keyfiyyətlisi azdır. Son günlər durğunluq şou-biznesə, telekanallara, ümumi media aləminə təsir göstərib. Buna görə heç kimi qınamaq olmaz. Çünki mediaya reytinq lazımdır. Bunun üçün tamaşaçı zövqü arxasınca qaçırlar. Hərdən tamaşaçının zövqünü formalaşdırmaq da lazımdır".

Tarix
2016.07.04 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla