Yuxarı

Ukrayna: Azərbaycan müğənnilərinin görə bildikləri

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bütün dünya, eyni zamanda ölkə gündəmini ən çox məşğul edən Ukraynada baş verən hadisələr və Krım məsələsidir. Baş verənlərdən demək olar ki, hər kəs xəbərdardır.

"Axar.az" olaraq tanınmış müğənnilər arasında sorğu keçirərək Ukraynadakı hadisələrdən nə bilib-bilmədikləri ilə maraqlandıq: "Ukraynada nə baş verir?" Cavablar müxtəlif oldu.

Abbas Bağırov:

"Rusiyanın özbaşınalığı və haqsızlığı ucbatından minlərlə insan əziyyət çəkir".

Görəsən müğənni nəyə əsasən belə düşünür?

"Çünki Gürcüstan və digər ölkələrə də eyni haqsızlığı edib. Düşünürəm ki, bunun qarşısı mütləq alınmalıdır. Belə davam etsə, Rusiya özbaşınalığından əl götürməyəcək".

Elvin Abdullayev:

"Siyasətlə qətiyyən maraqlanmıram".

Onun baş verənlərdən heçmi xəbəri yoxdur?

"Xəbərim var, lakin mənə maraqlı deyil və qətiyyən".

Xatirə İslam (əsəbi halda qışqıraraq):

"Mənə belə suallar verməyin, mən sənətçiyəm. Mənə sənətimlə bağlı suallar verin. Mən nə bilim nə baş verir?! Gedin, siyasətçilərdən soruşun".

Ayaz Qasımov:

"Mən müğənniyəm bu haqda danışmaq istəmirəm. Xahiş edirəm, bu mövzuda məni danışdırmayın".

Səməd Səmədov:

"Təbii ki, hər şeydən xəbərim var və bu, heç ürək açan deyil. Sadəcə, onu deyə bilərəm ki, çoxlu qan tökülə bilər".

Namiq Qaraçuxurlu:

"Mən siyasətlə maraqlanmıram, bilmirəm və siyasət mövzusundan başım da çıxmır".

Tarix
2014.03.08 / 08:00
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla