Yuxarı

Bəyi yerdə sürüdürlər... – Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəyi yerdə sürüdürlər... – Video

Hər ölkənin özünəməxsus, fərqli toy-adət ənənəsi var.

Axar.az xəbər verir ki, ARB TV-nin "Pəncərə" verilişində Afrikanın qəribə toy adətləri haqda maraqlı süjet yayımlanıb. Süjetdən aydın olur ki, Afrikada gəncin razılığı olmadan valideyn qərar qəbul edə bilməz.

Mövzu ilə bağlı Bakıda yaşayan nigeriyalı Elvis maraqlı məlumat verib. Elvis öncə elçilikdən söz açıb:

"Nigeriyada elçiliyə dostları ilə birlikdə oğlan özü gedir və qızın ata-anasının qarşısında ağzı üstə yerə uzanır. Bu, bir növ yalvarışdır. Ata öz qızını çağırır və bu oğlanı istəyib-istəmədiyini soruşur. Əgər qız razılıq verirsə, vəssalam, izdivac baş tutur. Yox əgər qız razı deyilsə, məsələ elə oradaca bitir. Çarəsiz kərtənkələ kimi yerdə yapışıb qalan oğlan isə qızın razılığını alana qədər yalvarışı davam etdirir. Bu, onlarda milli adətdir və "Yoruba" adlanır".

Elvis bildirir ki, Afrika ölkələrində toyda nəmər ənənəsi yoxdur. Orda toya gəlib iştirak etmək ən vacib məsələdir. Sənin toya gəlməyin özlüyündə hədiyyə hesab olunur. Kim istəsə, özü ilə hədiyyə də gətirə bilər. Toyun axırında bütün qonaqlar yığışır meydana və gətirilən hədiyyələr bir-bir ortaya çıxarılaraq müzakirə olunur.

Nigeriyalı Elvis afrikalı xanımların toy geyimlərindən də danışıb:

"Afrikada əksər xanımlar toya xüsusi baş geyimi ilə gedir. Çalmaya bənzər bu geyim isti materikdə xanımların sevimli geyim aksesuarıdır. Afrikada oğlan evi ilə qız evini təmsil edən gənclərin bənzər geyim dəstləri də diqqət çəkir".

Afrikalı bəy və gəlin əksər toylarda çox sərbəst davranışları ilə seçilirlər. Toy günü başında hədiyyə ilə oynayan xanımlar görsəniz, bilin ki, onlar qız evidir və qızlarının ərə getməsinə ürəkdən sevinirlər.

Bir çox Afrika toyları nə qədər müasir keçsə də, onlar əcdadlarından qalan tarixi adətlərini də toyda nümayiş etdirirlər.

Daha bir diqqət çəkən məqam: Bəzi Afrika ölkələrində toy günü oğlan evi ilə qız evi üz-üzə gəlir. Onlar döyüşçü obrazında bir-birlərinə meydan oxuyurlar. Axırda hamı qaynayıb-qarışır və rəqs edir.

Rəqsdən söz düşmüşkən, bəzi Afrika ölkələrinin rəqsi bizim milli rəqs ritmlərinə bənzəyir. Oxşar zərb texnikası var.

Çəkiliş məkanına öz xanım həmyerlisi ilə gələn Elvis öz ölkəsində dəbdə olan müasir bir rəqsi nümayiş etdirib.

Tarix
2016.10.06 / 10:02
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Taleb bir cinayətkarı niyə müdafiə edir?

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla