Yuxarı

"Onu öpəndə məni çox qısqanır" - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB-də yayımlanan “Şou-məkan” proqramının növbəti qonağı xalq artisti Nazpəri Dostəliyeva olub.

Uzun fasilədən sonra səhnələrə geri qayıdan və gəlişi ilə fanatlarını sevindirən xalq artisti yenilikləri haqda danışıb. Nəvələrini həyatının mənası hesab edən müğənninin eksklüziv etirafları bölüşüb:

“Mən xüsusi bir doğum günü keçirmək istəmirəm, keçirmirəm də. Ancaq əvvəllər olub. Son vaxtlar nəvələrim dünyaya gəldiyi üçün, təmtəraqlı doğum günlərini ancaq onlar üçün edirik”.

Xalq artisti doğum günlərində bir sıra yaradıcı yeniliklərinə də imza atıb:

“Dörd il, beş il məhz 23 dekabrda xarici ölkələrdə, Moskvada, Türkiyədə, Bakıda Heydər Əliyev Sarayında solo konsertlər vermişəm. Doğum günü ərəfəsində yaratdığım, yazdığım, ümumiyyətlə il ərzində gördüyüm işlərin nəticəsini təqdim etmişəm”.

“Doğum gününüzdə dəyərini unutmadığınız hədiyyə almısınız?” sualına, Nazpəri xanım bu cür cavab verdi:

“Xalqımın mənə ömürlük, böyük bir hədiyyəsi var. Mən onu şərəflə daşıyıram. O, sevgidir. Xalqın sevgisi mənə həyatda ən böyük hədiyyədir. Mən ondan böyük hədiyyə olsa da, qəbul etmirəm, amma yoxdu”.

Nazpəri xanımın sözlərinə görə isə, çiçək onun üçün ən dəyərli hədiyyədir.

“Ümumiyyətlə, çiçəkləri çox sevirəm və məni sevən insanlar hər zaman çiçəklər bəxş edirlər. Bu il də balacalarımızın hər biri fərqli təqdimatda mənə çiçək verdi. Mənim aldığım ən böyük hədiyyələr çiçəklərdir.

Mən özəl insandan da o çiçəkləri görmüşəm. Sevdiyimdən də çiçək görmüşəm”.

Nəvələrindən də ürəkdolusu danışan sənətkar onlara olan sevgisini, istəyini yerə-göyə sığdıra bilmədi:

“Tamerlan mənim həyatımdır. O, mənim üçün dünyada hər şeydir. Tamerlan mənim sevincimdir, mənim kədərimdir. Ancaq Kərim də qısqanclıq edir. “Mama” deyib qucağıma qaçanda görür ki, mən Tamerlanı öpürəm, başlayır həyasızlıq etməyə.

Sözsüz ki, körpədirlər. Bəlkə də, nənələrini çox istəyirlər. Elə buna görə, qısqanırlar. Allah bütün balaları saxlasın”.

Nazpəri xanım onun adı ilə dünyaya gələn körpələrdən danışdı. Ad qoyma məsələsində sənətkarın fikri bir qədər fərqlidir.

“Bilirsən, nə qədər Nazpərilər var? Hamı mənim adımla dünyaya gəlib. Elə ailələr olub ki, ata-ana övladlarına öz valideynlərinin adını qoymuyub, buna görə də valideynlər inciyib, küsüblər. Bunlar gülməli hadisələrdir. Mən istəməzdim ki, Azərbaycan ailəsində belə şeylər baş versin”.

Artıq uzun müddətdir ki, konsert səhnələrində görmədiyimiz xalq artistinin yaxın zamanlarda konserti gözlənilir:

“Artıq 7-8 ildir ki, mən konsert etmirəm. Çox düşünməyimin səbəbi də odur ki, əvvəlki səviyyədən də yaxşı konsert təqdim edim”.

Tarix
2016.12.28 / 23:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla