Yuxarı

Nadir konserti yarımçıq tərk etdi - Qalmaqal

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nadir konserti yarımçıq tərk etdi - Qalmaqal

Ötən gün "Bu şəhərdə" komandasının konsertinə qonaq qismində dəvət olunan müğənni Nadir Qafarzadə gecəni yarımçıq tərk edib.

Publika.az-a açıqlamasında ifaçı bunun səbəbini belə izah edib: "Ötən gün konserti yarımçıq tərk etdim. Bu da səbəbsiz deyil. Səhnəciklərin birində gözləmədiyim məqamda adım yersiz çəkildi. Əslində biz "Bu şəhərdə" komandası ilə dost idik. Lakin onların bu aidiyyatsız hərəkəti məni məyus etdi. Buna baxmayaraq, onlara növbəti işlərində uğurlar arzu edirəm".

N.Qafarzadənin bu narazılığına "Bu şəhərdə" komandasının prodüseri Müşfiq Abbasovun da cavabı gecikməyib. O, ifaçıya mesaj göndərərək, bir daha bu cür halların təkrarlanmayacağını bildirib: "Heç bir problem yoxdur. Günü sabahdan "Avropa oyunları" səhnəsindən də, o biri iki səhnəcikdən də sizin adınızı çıxardacam. Bir də sizin adınızı çəkmərik, nə də siz yarımçıq getməzsiz".

Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Elza Seyidcahan da medaiaya "Bu şəhərdə" komandasından narazı olduğunu bildirmişdi. Ancaq ifaçıya Nadir Qafarzadədədən fərqli olaraq, müsbət cavab verilməyib. Onun məhkəmə təhdidlərinin qarşılığında "Bu şəhərdə" komandası mübahisəni istənilən müstəvidə həll etməyə hazır olduqlarını bəyan edib.

Tarix
2015.03.06 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla