Yuxarı

Tik Tokdan ən çox gəlir əldə edənlərin siyahısı açıqlandı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tik Tokdan ən çox gəlir əldə edənlərin siyahısı açıqlandı

ABŞ-ın “Forbes” jurnalı TikTok sosial şəbəkəsinin köməyilə son bir ildə daha çox gəlir əldə edən istifadəçilərin siyahısını tərtib edib.

Axar.az xəbər verir ki, siyahıya ABŞ və Kanadanın 7 gənc sakini daxildir. Onların hamısı sosial şəbəkədə əyləncəli xarakterdə, əsasən də rəqs olan qısa videolar yerləşdirirlər. Birinci yeri Luizana ştatından (ABŞ) 19 yaşlı Edison Rey İsterlinq tutub. O, iyunun 30-dək 12 ay ərzində TikTok-un köməyilə təqribən 5 milyon dollar qazanıb. İsterlinqin 54 milyondan çox abunəçisi var. İkinci və üçüncü yerdə müvafiq olaraq Çarli və Diksi Amelio bacıları (Los-Anceles, Kaliforniya ştatı) gəlir. Onlardan birincisi 12 ay ərzində 4 milyon, ikincisi 2,9 milyon dollar qazanıb.

Pensilvaniya ştatından müğənni Loren Qreyin gəliri 2,6 milyon dollar olub. Beşinci yeri Kanadadan Coş Riçards (1,5 milyon dollar) tutub. Altıncı yeri ABŞ-da yaşayan Maykl Li və Spenser Nayt bölüşüb. Onların hər biri 1,2 milyon dollar qazanıb. Siyahıya hər hansı sahədə şöhrət tapdıqdan sonra sosial şəbəkə vasitəsilə pul qazanmış şəxslərin adları daxil edilməyib.

Tarix
2020.08.07 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla