Yuxarı

"Teymura bağışladığım tozsoran xarab olub"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Teymura bağışladığım tozsoran xarab olub"

Əməkdar artist Elza Seyidcahan həmkarı Teymur Əmrahın onunla bağlı dediyi "Oxumasın, ancaq bəstəkarlıq etsin" sözlərinə münasibət bildirib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni əməkdar artistə haqq qazandırıb:

"Teymur müəllim bu sözləri pis mənada deməyib. O istəyir ki, mən gözəl bəstələr hazırlayıb, onun kimi sənətkarlara verim. Müğənnilər də əvəzində mənə dəstə-dəstə pullar gətirsinlər. Amma fəxr edirəm ki, mən oxumağı bacarıram. Yazıq o bəstəkardır ki, ifa etmək qabiliyyəti yoxdur. Heç vaxt oxumaq eşqində olmamışam. Mən əvvəldən bəstəkarlıq həvəsində idim. Gördüm, müğənnilər düzgün tələffüzü bacarmırlar, səsləri yoxdur, amma mənim bəstələrimlə məşhurlaşırlar. Bir ifaçı var idi, mənim bəstəmlə məşhurlaşdı, pul qazandı. Bir gün mənimlə mağazaya gedib özünə nə qədər alış-veriş etdi. Çıxarıb yüz dollar vermədi ki, Elza sən də uşaqlarına çörək al. Ondan sonra qərara gəldim ki, özüm də oxuyacam".

E.Seyidcahan T.Əmrah üçün etdiyi hədiyyədən də danışıb:

"Ona bir mahnı bağışladım. Onun kimi sənəkardan pul almağa utanaram. Bir dəfə Teymura tozsoran hədiyyə etmişdim. Düşərli oldu, prezident ona ev verdi. Eşitmişəm xarab olub. İndi ona lap bahalısını alacam".

Əməkdar artist bir çox saytları məhkəməyə verdiyini bildirib:

"Mənim adımdan sosial şəbəkədə biabırçı şeirlər yayırlar. Bu yaxınlarda isə Papaya aid biri var idi. Bəzi saytlar da məndən soruşmadan, onu yazı ediblər. Məhkəməyə vermişəm, pullarını alacam. Həmin pulu isə bu sahədəki istedadlı jurnalistlərə, başqa ehtiyacı olanlara xərcləyəcəm".

Tarix
2015.04.17 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla