Yuxarı

Keçmiş nişanlısı Aygündən danışdı - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş nişanlısı Aygündən danışdı - Foto

"Bir vaxt ona qarşı səmimi hisslərim var idi. Lakin onun məsuliyyətsizliyi bizim ayrılığımıza səbəb oldu".

Bu sözləri gənc müğənni Sabir Əhmədov keçmiş nişanlısı Aygün Rəhimovanın Türkiyəyə köçməsi ilə bağlı Axar.az-a danışarkən deyib:

"Türkiyəyə köçmək arzusunu sizdən eşidirəm və düşünürəm ki, Aygün burada necə məşhur idisə, orada da o cür olacaq. Bu yaxında mənə zəng edərək bağışlanmağını istədi. Mən isə onu çoxdan bağışladığımı dedim. Aramızda olan narazılıqlara baxmayaraq, onunla dost qalmağımızı təklif etsəm də, o, buna razılaşmadı. Aygünün rəhmətlik atasını tanıyırdım və ona çox hörmətlə yanaşırdım. Əfsuslar olsun ki, valideyn itkisi Aygünün həyatına olduqca mənfi təsir göstərdi.

Sadəcə, mən öz çörəyimi halallıqla qazanan biriyəm və Aygünə də xoşbəxt olmaqla yanaşı, halal zəhmətlə yaşamasını arzu edirəm. Allah onu xoşbəxt etsin".

Xatırladaq ki, cütlük ötən ilin yanvar ayında nişanlandıqlarını açıqlasa da, sonra ayrılmışdı.

Tarix
2015.04.30 / 00:16
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla