Yuxarı

Əməkdar artist: "Kərimin şəxsi həyatı..."

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar artist: "Kərimin şəxsi həyatı..."

Müğənni Kərim Abbasovun əməkdar artist Mehriban Xanlarova haqda sosial şəbəkədə yazdığı status cavabsız qalmayıb.

Belə ki, bu barədə Ölkə.az-a açıqlama verən Xanlarova Kərimin üzr istəməyəcəyi təqdirdə, onun şəxsi həyatı barədə danışacağını deyib:

" Mənim sosial şəbəkələrdən başım çıxmır. Hazırda Kərimin mənim barəmdə yazdıqlarını araşdırıram. Əgər bu sözləri o yazıbsa, Kərim barədə çox böyük açıqlama olacaq". Əməkdaşımızın "məhkəməyə müraciət edəcəksinizmi" sualına aktrisa belə cavab verib: "Bu sözlər mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma, o cümlədən Xanlarovlar soyadına böyük zərbədir. Emosional olsam da, humanist insanam, bağışlamağı bacarıram. Əgər üzr istəsə, bağışlayacağam. Amma üzr istəməsə, onun barəsəində çox böyük ölçü götürəcəyəm". M.Xanlarova bildirib ki, "Maşın" şoudan əvvəl və sonra Kərimlə heç bir problemi olmayıb: "Kərimlə pis münasibətim olsaydı, şoudan sonra deməzdi ki, Mehriban Xanlarovanın alnından öpmüşəm. Bir daha deyirəm, üzr istəməsə, açıqlamalarım olacaq". Qeyd edək ki, müğənni Kərim dünən belə bir status yazıb: "Əslində mən bir Dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün Dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı hər bir azərbaycanlı xanımı qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir, biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın".

Tarix
2015.05.23 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla