Yuxarı

Elnarənin 200 minlik bulağı qurudu

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elnarənin 200 minlik bulağı qurudu

Muğam ifaçısı Elnarə Abdullayevanın Qobustan rayonuna çəkdirdiyi bulaqdan su gəlmir.

Axşam.az-ın məlumatına görə, bir müddət öncə təntənəli açılışı olan bulağın yerləşdiyi ərazidən su çıxmadığı müəyyənləşib.

Açılış tədbiri baş tutan gün isə yalnız quyuya su doldurmaqla bulaqdan istifadə etmək mümkün olub.

Məsələylə bağlı danışan xanəndə bundan xəbərsiz olduğunu, tezliklə rayona yollanacağını bildirib:

"Mən illərlə heç kimin etmədiyi bir işi gördüm. Heç vaxt yarımçıq iş görmərəm. O qədər xərc çəkmişəm ki, bulaq bu vəziyyətdə qalsın? Əgər su gəlməsə, başqa yola əl atacağıq. O boyda hovuzlar tikdirmişəm ki, su gəlməyəndə də nəsə edək. İnsanlar susuz qalmamalıdır".

Qeyd edək ki, E.Abdullayeva bulağın çəkilməsinə 200 min manat xərc çəkdiyini bildirmişdi.

Tarix
2015.06.03 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla