Yuxarı

Bu dəfə podiuma onlar çıxdı - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dəfə podiuma onlar çıxdı - Foto

Dünyanın ən maraqlı moda nümayişi keçirilib. Bu dəfə podiuma fiziki imkanları məhdud insanlar çıxış.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkda maraqlı moda həftəsi keçirilib. Həmişəkindən fərqli olaraq bu dəfə podiuma əlilliyi olan modellər çıxıb. Dizayner Antonio Urzi nümayişi "Loving You" adlandırıb. Kolleksiyanın futuristik istiqaməti, parıldayan parçaların və metal elementlərin bolluğu öz işini görüb. Əlil arabaları ümumi üsluba məharətlə uyğunlaşdırılıb, protezlər isə görünməz olub.

Bu nümayişlə dəbdə inqilab yaradan Antonio Urzinin sözlərinə görə, "Loving You" kolleksiyasının nümayişi İtaliyanın onurğa beyin xəstəliklərini öyrənən "Fondazione Vertical" Elmi Araşdırmalar Fondu ilə birlikdə təşkil edilib.

Ayağı amputasiya edilmiş britaniyalı məşqçi Cek Ayrs moda həftəsinin podiumuna çıxmaq imkanı verilən ilk kişi modeldir. C.Ayrs ayağını 16 yaşında itirib. Amputasiyaya budun anadangəlmə proksimal zədələnməsi səbəb olub.

Ayağı olmayan ikinci model Viktoriya Modesta dünyada ən çox istənilən modellərdən biridir. İyirmi dörd yaşlı model və müğənni Londonda Paralimpiya Oyunlarının bağlanış mərasimində iştirak edib. Bütün əlil idmançıların ulduzu sayılan V.Modestanın ayağındakı protez sanki buna işarə edir.

Tarix
2015.08.24 / 11:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla