Yuxarı

"Nikosayağı" qəzaya düşdü: Qolu amputasiya edildi - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nikosayağı" qəzaya düşdü: Qolu amputasiya edildi - Video

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov qəzaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Mütəlimov idarə etdiyi “Porşe” markalı avtomobili ilə TIR-a çırpılıb.

Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. Bundan başqa, hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, o, ayağından xəsarət alıb. Hazırda polis yolda hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.

TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar - 29 yaşlı Nicat Mütəllimov sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qəza nəticəsində həkimə qədər bir ölüm qeydə alınıb.

Tarix
2023.08.15 / 08:05
Müəllif
Axar.az
Digər xəbərlər

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla