Yuxarı

Aygündən İlhaməyə şok ittiham - Hacı Məmmədov

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygündən İlhaməyə şok ittiham - Hacı Məmmədov

İlhamə Quliyeva, bədbəxt sizin bəlli olmayan nəslinizdir! Sənin oğulluğun axırıncı dəfə ananı elə döydü ki, yazıq arvad pilləkənlərdən yıxıldı, ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən!

Bu sözləri xalq artisti Aygün Kazımova həmkarı xalq artisti İlhamə Quliyeva haqda Axar.az-a danışarkən deyib. Aygün həmkarını Hacı Məmmədovla əməkdaşlıqda ittiham edib:

"Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğundur. "İlhamə Qarabulağlı" adı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu, deyəsən, yaddan çıxartmısınız. Bəlkə elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram".

Aygün Kazımovanın bu ittihamları ilə bağlı Axar.az-a danışan xalq artisti İlhamə Quliyeva yalan məlumatlar yaydığına görə onu məhkəməyə verəcəyini bildirib:

"Ağzına gələni danışdığına görə Aygünü məhkəməyə verəcəm. Kimdir axı o? Sərxoşun biridir. Mənim anam rəhmətə gedib, onun haqqında danışmaq günahdır. Aygün yenə öz cındırlığını elədi".

Tarix
2016.02.03 / 15:00
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla