Mərhum xalq artisti İlhamə Quliyevanın ölümündən sonra
adı ətrafında qalmaqal davam edir. Bu dəfə qalmaqal İlhamə
Quliyevanın maaş kartı ətrafında yaranıb. İlhamə Quliyeva
Azərbaycan Televiziya və Radio açıq Səhmdar Cəmiyyətinin səsyazma
studiyasında birinci müavin olub. Bir neçə gün öncə isə onun
oğulluğu Orxan Nadirov açıqlamasında əməkhaqqı kartının
dondurulması ilə bağlı açıqlama verib.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətinin mətbuat xidmətinin rəisi Xatirə Qasım Cebhe.info-ya bildirib ki,
mərhum xalq artistinin əməkhaqqı kartı AzTV tərəfindən
dondurulmayıb:
"O, bir müddət xəstəxanada yatdı. Biz ondan xəstəlik haqqında
sənəd gözləyirdik. Lakin dünyasını dəyişdi və hal-hazırda da kartı
dondurulmayıb. Onun oğulluğunun bu barədə yaydığı məlumat tamamilə
yalandır".
O ki qaldı İlhamə xanımın yerinə yeni təyinata, bu məsələ hələ
gündəmdə deyil:
"İmkan verək ki, 40-ı çıxsın, ondan sonra bu məsələyə baxılacaq.
Biz hamımız müsəlmanıq, İslam dininə ibadət edirik. İmkan verək bir
hadisələr cərəyan etsin, xəbər soyusun, ondan sonra. Hər şey
sakitləşdikdən sonra təbii ki, İlhamə xanımın yerinə təyinat
olacaq".
Qeyd edək ki, mərhum xalq artistinin mirası üçün qalmaqallar
daha da böyüməkdədir.