Yuxarı

Aygün nazir oğlu ilə sevgisindən danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygün nazir oğlu ilə sevgisindən danışdı

Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinin "İnanmayacaqsınız" rubrikasında şəxsi həyatından danışıb.

Musavat.com xəbər verir ki, xalq artisti ad çəkmədən illər öncə nazir oğlu ilə yaşadığı sevgidən danışıb:

"Bir sevgim var idi, bir-birimizi çox sevirdik. O, məşhur iş adamının yeganə övladı idi. Gözəl sevgimiz var idi, küsəndə də, dalaşanda da gözəl idi. Məncə, onun valideynləri övladlarını itirməkdən qorxdular. O konsertlərimə gəlib məni dinləyirdi. Ona pisliyim dəyməyib. Bizi sevə-sevə ayırdılar, onu xaricə göndərdilər. Onun boyunbağında gözüm qalmışdı, istəsəm də mənə vermirdi. Onun eynisini mənə düzəltdirsə də, o boyunbağını istəyirdim. Biz ayrılanda boyunbağını mənə verdi və getdi. Hazırda o boyunbağı məndədir.

Biz ayrıldıq, sevgi bitdi. Valideynləri onu güclə evləndirdi, bir övladı doğuldu. Taleyimizlə barışdıq. O həyat yoldaşından ayrıldı və bir müğənni ilə evləndi. O müğənni üçün ailəsini dağıtdı. O müğənninin səhnəyə gəlməsində mənim çox böyük rolum olub. Onun qismətində müğənni almaq varmış. Onların xoşbəxt olmasını istəyirəm. O şəxs haqda həmişə pozitiv danışıram. Çünki mənimlə kişi kimi ayrıldı".

Xalq artisti ad çəkməsə də, geniş ictimaiyyətə bəllidir ki, o, Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə sevgili olub. F.Əliyev hazırda müğənni Safura Əlizadə ilə evlidir. Türkiyədə yaşayan cütlüyün bir oğlu var.

Tarix
2016.03.06 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla