Yuxarı

Kamranın Samir Piriyevlə şok səs yazısı - Audio

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamranın Samir Piriyevlə şok səs yazısı - Audio

Müğənni Samir Piriyev polisə şikayət etdiyi aparıcı Kamran Həsənli ilə aralarında olan səsyazma nümunəsini istintaqa təqdim edib.

Bu barədə S.Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib. O, K.Həsənlinin mediaya verdiyi müsahibədə yalan danışdığını vurğulayıb:

"Kamran demişdi ki, faktla bağlı cinayət işi başlanılmayıb. Amma baş prokukorluq dərhal məlumat yayaraq cinayət işinin açılmasını təsdiqlədi. Kamranın dediyi kimi, Samir əgər pulu türkə təqdim etmişdisə, Kamran niyə əvəzində öz avtomobilini Samirə verib? Kamranın cavabı gülməlidir. O deyir ki, xahişə görə bunu etmişəm.

Kamran özü də etiraf edir ki, Samir tanımadığı türk şirkətinə çayxanada pulu necə verə bilərdi? Biz də cavabında deyirik ki, Samir tanımadığı həmin şirkətə görə pulu verməzdi, amma çayxanada illərdir tanıdığı, hər yerdə türkçülük ideologiyasından danışan, insanların gözündə dürüst görünməyə çalışan Kamran Həsənliyə pulu verə bilərdi və səhv edərək o pulu verib.

Səsyazısı ilə bağlı məlumat verdikdən sonra Kamran dedi ki, belə səsyazısı yoxdur. Guya o, heç vaxt Samirə "evimi satıb sənə pul verəcəyəm" deməyib. Artıq istintaqa da verdiyimiz səsyazmanı təqdim edirik".

R.Əhmədoğlu sonda səsyazısı ilə K.Həsənlinin bütün yalanlarının ortaya çıxacağını deyib:

"Kamran Həsəni artıq heç yerdə danışmasın ki, mən işimi yoluna qoymuşam. O, hər gün Bakı Şəhər Prokurorluğuna gedərək orada səs-küy edir. Təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi hay-küy ilə tənzimlənmir".

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2016.03.15 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla