Yuxarı

Müqəddəs Matronun dəhşətli 2017-ci il proqnozu... – Hamı öləcək

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lap qədim zamanlardan bəri haradan gəldiyimizi və nə üçün işıqlı dünyaya göz açdığımızı bilmək istəmişik. Lakin bununla yanaşı bizi hər zaman öz həyatımızdan daha çox planetimizin gələcək taleyi narahat edib. Heç nəyin əbədi olmadığı kimi, dünyanın da nə vaxtsa sonunun gələcəyini düşünürük. Nə vaxtsa yox, bizə dəqiq tarix deyən uzaqgörənlərin proqnozlarına inanaraq, özümüzü mənən dünyanın sonuna hazırlayırıq. Yəqin ki, 2012-ci ildə hər kəsi qorxuya salan dünyanın sonunun gəldiyi xəbərini unutmamısınız. O qədər qorxmuşduq ki, mağaza və dükanlardakı bütün şamları alıb evə yığmışdıq. Lakin hələ ki, o şamlar bir işə yaramayıb, başqa sözlə, dünya yaşlanmaqda davam edir. Buna baxmayaraq kainatın sonu barədə bir çox müqəddəsin, elm adamları və uzaqgörənlərin proqnozları var. Dünyanın sonu barədə onlar fərqli illərə işarə edirlər. Onlardan biri isə dünyanın sonunun daha yaxında - gələn il olduğunu deyib.

Axar.az Publika.az-a istinadən 2017-ci ilin dünyanın sonu olacağını proqnozlaşdıran Müqəddəs Matron haqqında məlumatı təqdim edir:

İlk olaraq Müqəddəs Matrona qədər dünyanın sonundan xəbər verən bir neçə əsas və inandırıcı proqnozlara nəzər salaq.

Dünyanın sonu haqda proqnozlar

1. Maya xalqının təqviminə görə, Beşinci Günəşin ölümü ilə birlikdə yer kürəsi və onun canlıları öləcək. Kahinlər hətta dünyanın sonunu da təyin ediblər: 21.12.2012. Onların bu xəbəri özünü doğrultmadı.

2. Məşhur fizik İsaak Nyutonun dediyinə görə, insanların Allahın qanunlarından kənar çıxdıqları və özlərini yaxşı aparmadıqları üçün dünyanın axırı 2060-cı ildə gələcək. O, bu fikrə astrologiya ilə bağlı müşahidələri və peyğəmbərin kitablarından əldə etdiyi bilgilər nəticəsində gəlib.

3. Zərdüştlərin müqəddəs kitabındakı yazıya görə, dünya hələ 2000-ci ildə məhv olmalı idi. Dahi Zərdüşt dünyanın xausa qərq olacağını yazırdı. Qeyd edək ki, bu xəbərə planetin bir çox sakini ciddi yanaşırdı. Mətbuat “dünyanın sonu gəlir” başlıqları ilə parlayırdı. İnsanları iri qəzalar, təyyarə partlayışlar və elektrik enerjisinin olmayacağı ilə qorxudurdular.

4. Məşhur Vanqanın verdiyi proqnoza görə, Apokalipsis bizim yer kürəsinə addım atacaq. Dəqiq tarixi müəyyənləşidirilə bilməsə də, Vanqa 2378-ci ildə Yer kürəsinə nəhəng asteroidin düşəcəyini və bunun nəticəsində dünyanı su basacağını deyib. Bu isə bütün canlıların sonunu gətirəcək. Gələcəyi görən qadının dediklərinə inanmamaq çətin işdir. Axı o, indiyə qədər nədən xəbər veribsə hamısı həyat keçib.

5. Nostradamus dünyanın sonunun yaxınlaşdığını bir neçə dəfə deyib. Onun mirası gələcəklə bağlı şeirlərdən ibarət proqnozlardır. Onları təfsih etmək çətindir, amma yenə də bir neçəsinin şifrəsini açmaq olub. Ən çox yayılan verisiyalara görə, dünya nüvə müharibəsi nəticəsində 2250-ci ildə qaranlığa qərq olacaq. Lakin bu döyüşdə hər kəs ölməyəcək. Sağ qalanlar 3797-ci ilə kimi yaşayacaq və dünyanın kosmik daşla toqquşması nəticəsində canlılar birdəfəlik məhv olacaq.

6. Edqar Keysin proqnozlarına əsasən isə, dünyanın sonu 2120-ci ildə gələcək. O, hələ 1936-cı ilə insanlığın zəlzələ nəticəsində məhv olacağı xəbərini verib. Edqar Keysin doğru deyə biləcəyini son zamanlar çoxalmış zəlzələlər göstərir.

Bəs Müqəddəs Matron nə deyib?

Müqəddəs Matron ölümünə bir neçə gün qalmış demək olar ki, 2017-ci ildə baş verəcək bütün hadisələri görüb. Onun “hər kəs öləcək və bu, 2017-ci ildə baş verəcək” sözləri artıq indidən hər kəsi qorxuya salıb. Matron hər kəsi Allah müraciət edərək, dua etməyə çağıraraq, çətin və ağrılı günlərin olacağını iddia edirdi.

O, hətta dünyanın sonunun təqribi tarixini də açıqlayıb – 2017-ci ilin fevral ayı: “Müharibəsiz hamı öləcək, qurbanlar çox olacaq, cansız bədənlər küçələrə səpələnəcək. Axşam hər şey yerdə olacaq, səhər açılacaq və hər şey yerin dibinə gedəcək. Müharibəsiz müharibə olacaq”

Ola bilsin ki, Matron 2017-ci ildə insanlığın insanı məhv etməsini nəzərdə tuturdu. Əgər hazırda baş verən siyası və iqtisadi gərgin vəziyyətə nəzər salsaq, planetin məhvə doğru getdiyini görə bilərik. Son illərdə baş verən ölüm hadisələri, günahsız körpələrin qətlləri bunun sübutudur.

Əslində Matron nəyi nəzərdə tuturdu?

Burada bizim köməyimizə alim-astronomlar yetişir. Onların uzun illərdi müşahidələri nəticəsində əldə etdikləri məlumatlara görə, 2017-ci il 10 fevralda dünyanın sonu ona yaxınlaşan kometa gətirə bilər. Kometanın dünya ilə toqquşmasının ehtimalı isə böyükdür. Göy cisminin Yer kürəsinə verəcəyi ziyan isə ölçülə bilməyəcək qədər çoxdur. Doğrudanmı Müqəddəs Matron iki göy cisminin toqquşmasını nəzərdə tutub? Bunu demək çox çətindir.
Müqəddəs Matron kimdir və onun sözlərinə inanmaq olarmı?

Matron Nikonova 22 noyabr 1881-ci ildə Tulsk quberniyasında anadan olub. Evin dördüncü uşağı olan Matronu ailəsi imkanı olmadığı üçün yetim evinə vermək istəyir. Amma doğuşa bir gün qalmış anası anlaşılmayan yuxu görür. Yuxuda hələ doğulmamış körpəsini insan üzlü ağ quş obrazında, gözləri qapalı şəkildə görür. Üstündən 24 saat keçəndən sonra körpə dünyaya gəlir, ancaq qızın gözləri kor olur. Kor deyəndə, qızın gözləri ümumiyyətlə olmur.

Qızı xaç suyunda çimizdirmək istəyəndə daha maraqlı bir hadisə baş verir. Hətta bunu möcüzə də adlandırmaq olar. Kahin Matronu əlində tutaraq kupelə endirərkən, qızın üstündən xoş ətirli işıqlı bürc ucalır. Ruhanilərin praktikasında ilk dəfə belə hadisə baş verirdi və onlar Matronun müqəddəs olduğunu deyirlər. Kahin sözlərinə bunu əlavə edir: “Bu qız mənim ölüm günümü deyəcək və mənim yerimə keçəcək”. Elə də olur. Bir gecə qız yuxudan oyanaraq, müqəddəs atanın öldüyünü deyir.

Yeddi il sonra Matron anasına toyu olacağını deyir. Anası əlbəttə bu fikirləri ciddiyə almır. Səhəri gün anası yanıldığını anlayır. Onların həyətinə insan axın etməyə başlayır. Hər kəs isə bir sual verirdi. “Bir toxunuşu ilə insanları sağaldan qız haradadır?” Balaca Matrona qaçaraq qışqırır: “Məni axtarırlar”. Həmin günü axşamı yatarkən anasına üzünü çevirib deyir: “Ana mən dedim tezliklə toy olacaq” və anası hər şeyi başa düşür. Elə həmi gündən Matron insanları sağaltmağa başlayır.

On yeddi yaşında gəzmək qabiliyyətini itirir və həyatının sonuna kimi oturaq vəziyyətdə keçirdir. Qardaşlarının kommunist olduğu və bacılarının bu işlə məşğul olduğunu qəbul etmədikləri üçün Matron 1925-ci ildə ata evini tərk edərək Moskvaya köçür. Ömrünün sonuna kimi orada yaşayaraq insanları sağaltmaqda davam edir. Öz ölümünü üç gün əvvəlcədən deyir. 2 may 1952-ci ildə vəfat edir. 1998-ci ildən isə müqəddəs sayılmağa başlayır.

Tarix
2016.12.31 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla