Yuxarı

Təbrizin möhtəşəm bazarı: burda nələr var... - Video

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizin möhtəşəm bazarı: burda nələr var... - Video

Təbriz şəhərinin mərkəzində yerləşən, dünyanın ən böyük bazarlarından biri olan Təbriz bazarı YUNESKO-nun dünya mirası siyahısına (Dünyanın ən böyük üstü örtülü tikintisi) da salınıb.

Axar.az xəbər verir ki, Təbriz bazarı eramızın 4-cü əsrində tikilib. Bazarda 5 min dükan və ticarət mərkəzi var. Dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi bazarın uzunluğu isə 5 km-dir. Bazarda 20 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 6500 hücrə, 19 dalan, 5 rastabazar, 24 karvansara, 2 çarsok (balaca meydan), 31 bazar, 1 meydan, 7 bazarça, 8 darvaza, 29 məscid, 3 qala, 4 məktəb, 1 zorxana, 2 kitabxana, 2 körpü, 2 keçid, 5 muzey, 6 hamam yerləşir.

Qədimdən Təbriz Böyük İpək Yolunun üstündə yerləşdiyindən, eyni zamanda buradan şimala Şamaxıya, cənuba Bağdada karvan yollarının mövcudluğu Təbrizin mərkəzində yerləşən bazarı bütün ətraf ölkə tacirləri üçün cəlbedici edib.

Əsasən orta əsrlərdə tikilən bu bazar indi də öz iqtisadi əhəmiyyətini itirməyib. Bazar iqtisadi əhəmiyyətindən başqa, turist mərkəzi kimi bütün dünyanı özünə cəlb edir.

İqtisadi və memarlıq əhəmiyyətindən əlavə Təbriz bazarı öz sosial fəallığı ilə də məşhurdur. Azərbaycan və müasir İran tarixində baş vermiş bir sıra mühüm tarixi olaylar Təbriz bazarı ilə birbaşa bağlıdır.

Təbriz bazarının dayanması bütün zamanlarda hakimiyyətlər üçün böyük təhlükə, üsyan siqnalı hesab olunub.

1891-ci il martın 19-da Nəsrəddin şahın İranda tütün ticarət hüquqlarını ingilis firmasına satmasına etiraz olaraq bütün ölkə ərazisində başlayan etiraz dalğasının önündə Təbriz bazarı idi. 1891-ci il avqustun 19-da Təbriz əhalisi adından şaha müraciət olunur, ardınca şəhər bazarı bağlanır.

1905-1911-cı illərdə baş vermiş Məşrutə hərəkatının da aparıcı mərkəzi Təbriz bazarı idi. Bununla yanaşı “Yaşıl hərəkat”ında, Səttərxan hərəkatında və ötən əsrin 70-ci illərində İranda şaha qarşı xalq etirazları zamanı Təbriz bazarının rolu danılmazdır.

Tarix
2017.01.11 / 08:45
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla