Yuxarı

Avropa ərəbləşir: Axın artıq onmilyonlarladır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa ərəbləşir: Axın artıq onmilyonlarladır

2015-ci ildə 65,3 milyon insanın öz ölkələrindən didərgin düşməsi qaçqın məsələsini çox aktuallaşdırıb.

Axar.az "Mepanyus"a istinadla statistikanı təqdim edir:

Suriya

Bu ölkə vətəndaşlarının 60 faizi evlərindən uzaqlarda yaşayır. 5 il öncə Bəşər Əsəd rejiminə qarşı başlayan etirazlardan sonra milyonlarla suriyalı başqa ölkələrə köç etməyə başladı. 2011-ci ildə suriyalı qaçqınların sayı 1 milyondan aşağı idisə, bu gün bu rəqəm 12,5 milyona yüksəlib. Suriyalılar ABŞ, Türkiyə, Kanada və Avropa kimi ölkələrə köç edir, sığınacaq istəyirlər.

Somali

Somali qaçqınlarının da sayı hər keçən gün durmadan artır. BMT-nin məlumatlarına görə, 1990 və 2015-ci illər arasında Somalidə dünyaya gələn, ancaq ölkə xaricində yaşayanların sayı iki dəfədən çoxdur. Bu müddət ərzində bu say 850 mindən 2 milyona qədər yüksəlib. Bir çox somalili qonşu ölkələrdə və ABŞ-da qaçqın statusunda yaşayır. Bir qismi isə Avropadan sığınacaq almaq üçün bu ölkələrə səfərlər edirlər. Avropadan sığınacaq tələb edənlərin əksəriyyəti qaçqın statusu alıb.

Əfqanıstan

Avropaya sığınan qaçqınların təxminən yarısını əfqanlar təşkil edir. 2008-ci ildən bu yana 198.500 insan sığınma tələbi ilə Avropa ərazisinə daxil olub. Sığınacaq alanların yarısı ötən il Avropaya daxil olub.
İsveç ərəbləşir

Miqrantların hesabına əhalisi sürətlə artan ölkələr sırasında İsveç birincidir. Bu nisbət 2015-ci ildə 16.8 faizidisə, bu il bu rəqəm 18,3 faizə yüksəlib. Bu müddət ərzində Norveç və Avstriyada bu statistika 1 faiz təşkil edib. Daha az miqrant qəbul etdikləri üçün Fransa və Böyük Britaniyada artım az müşahidə edilib.

Avropa üçün marşrut sayı da artır

Qaçqınların Avropaya getmək üçün marşrut sayında da artım var. 2015-ci ildə təxminən 1.8 milyon nəfər qeyri-qanuni yollarla Avropa Birliyi sərhədlərini keçdi. Bu rəqəm 2014-ci ildə 280.000, 2013-ci ildə isə 100.000 təşkil edirdi. Türkiyədən Yunanıstana keçmək istəyənlərin əksəriyyəti də suriyalı, əfqan və iraqlılar olub. Şərqi Aralıq dənizi marşrutlarından istifadə edənlərin sayı 2014-cü ildə 50.000 idisə, 2015-ci ildə bu rəqəm 900.000-ə yüksəlib. İtaliya və İspaniyaya getmək istəyənlər isə Mərkəzi Aralıq dənizindən istifadə edib.

Avropalılar qorxur

"Pyu" Araşdırma İnstitutu tərəfindən 2016-ci ildə 10 Avropa ölkəsində aparılan müşahidələrə görə, Avropa ölkələrinin əksəriyyəti (Yunanlar 94 faiz, isveçlilər 88 faiz, italyanlar 77faiz) AB-nin qaçqın problemini müzakirə etməsini qəbul etmir. AB-nin qaçqın problemini müzakirə etməsinə ən çox dəstək verən ölkə isə Hollandiyadır.

ABŞ-a axın istiqaməti dəyişir

Ötən 30 il ərzində ABŞ-a miqrasiya edənlərin əksəri Vyetnam və Kambocadan olub. ABŞ-a mühacirət edən vətəndaşların sayı 1980-ci ildə 210.000-a yüksəlmişdi. Sovetlər Birliyindəki siyasi böhran, Kosovadakı soyqırımla bağlı Avropadan da ABŞ-a böyük miqrant axını müşahidə edilirdi. 2016-ci ildə ABŞ-a miqrasiya edənlərin əksəriyyətini Myanma, Demokratik Konqo Respublikası və somalilər təşkil edib.

ABŞ xalqı narahatdır

Kütləvi şəkildə miqrantların qəbulu Amerika xalqı tərəfindən də xoş qarşılanmır. 2015-ci ilin noyabr ayında Parisdəki İŞİD hücumlarından sonra "Blumberq Politiks" tərəfindən keçirilən sorğuya görə, suriyalı qaçqınları istəməyənlər 53 faiz, yalnız xristian miqrantların gəlişini dəstəkləyənlər isə 11 faiz təşkil edib.

Tarix
2016.07.03 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Vensin səfəri ərəfəsində sizin gəlişiniz... - Əliyev

Takaiçi II Dünya müharibəsindən sonra ilk tarixi qələbə qazandı

"Hürriyyət"in baş redaktorunun həbsi barədə yeni qərar

Prezident ABŞ nümayəndə heyətini qəbul etdi

Məmməd İbrahimin həbs müddəti artırıldı

Fəzail Ağamalı vəfat etdi

Özbəkistan şirkətləri ilə daşımaların artırılması müzakirə olundu

Əli Kərimlinin həbsi ilə bağlı yeni - Qərar

Ceyhun Bayramov Berns Kornla görüşdü

ABŞ-dan Vensin Bakı səfəri ilə bağlı məlumat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla