Yuxarı

Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verir? - Sibiqa

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müharibənin başa çatması müqabilində ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri müzakirə etmir.

Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib.

"Prezident Vladimir Zelenski artıq açıq şəkildə cavabı təqdim edib, bu, Ukrayna Konstitusiyasıdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli və davamlı sülhə can atır.

A.Sibiqa vurğulayıb ki, indiki mərhələdə atəşkəs rejiminin tətbiq edilməsi prioritetdir və bu, gələcək danışıqların təməli olacaq.

O xatırladıb ki, 5 ay əvvəl Ukrayna ABŞ Prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və indi Rusiyanın da bu addımı atmasını gözləyir.

Tarix
2025.08.12 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçıdan Zəngəzur dəhlizi ilə bağlı Mirzoyana “təlimat”

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

Bakı və İrəvanla sülh sazişi buna misaldır - Rubio

Azərbaycan Ukraynaya qırıcılarını verə bilər - Musabəyov

Trampdan Əliyev-Paşinyan görüşü ilə bağlı paylaşım - Video

Bakı və İrəvanla sıx əməkdaşlığı davam etdirəcəyik - NATO

Bakı və Tiflislə bu əməkdaşlığı davam etdiririk - Ərdoğan

Rusiyanın Azərbaycana qarşı oyunu... - Qonçar

Azərbaycan MDB-nin iclasından imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla